Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-04-2015, 17:40)
Sibirdə 115 min hektar meşə yanır

Sibirdə 115 min hektar meşə yanır

Sibirdə son bir gün ərzində meşə yanğınlarının sahəsi təxminən 11 min hektar artıb

 

Mediatv.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Sibir federal dairəsi üzrə meşə təsərrüfatı departamentinin mətbuat xidməti bildirib.
 
Sibirin beş regionunda 118,5 min hektar ərazidə 95 yanğın sahəsi var. Dünən isə yanğın 107,3 min hektar əraziyə yayılmışdı. İdarənin məlumatına görə, yanğınların əksəriyyəti Zabaykalye diyarındadır. Burada 114,8 min hektar meşə yanır. Bundan başqa, təbii fəlakətdən Buryatiya (2,9 min hektar) və Tuva (0,65 min hektar) respublikaları əziyyət çəkir. İrkutsk vilayətində (70 hektar), Krasnoyarsk diyarında 20 hektar meşə ərazisinə yanğın yayılıb.
 
Sibir federal dairəsi üzrə meşə təsərrüfatı departamentindən verilən məlumata görə, son gün ərzində 13,6 meşə sahəsində 65 meşə yanğını söndürülüb. Zabaykalye və Krasnoyarsk diyarlarında, Altay, Xakasiya, Buryatiya və Tuva respublikalarında, İrkutsk vilayətində yanğınların qarşısı alınıb.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin Zabaykalye diyarı üzrə rəhbəri Aleksandr Sidorov “İnterfaks” informasiya agentliyinə açıqlamasında yanğının nəzarət altında olduğunu deyib.
 
Dünən verilən məlumata görə, yanğınlar nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb. Daha iki nəfərin taleyi haqqında məlumat yoxdur. Təxminən 5 min insan evsiz qalıb. Təbii fəlakət nəticəsində dəyən zərər 7 milyard rublla (təxminən 140 milyon dollar) qiymətləndirilir. Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, hökumət həlak olanların ailələri və zərər çəkənlər üçün 700 milyon rubl (14 milyon dollar) ayıracaq.
 
Qeyd edək ki, genişmiqyaslı meşə yanğınları aprelin 12-də başlayıb.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024