Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-03-2015, 12:31)
İrəvan üçün bədbin proqnoz

Ermənistan Rusiya və Avropa İttifaqı arasında böyük iqtisadi körpü rolunu oynaya bilmir

 

Bu fikri keçirdiyi mətbuat konfransında rusiyalı iqtisadçı Aleksandr Knobel bildirib.
O deyib ki, indi Ermənistanın Avropa İttifaqı ilə azad ticarət zonasına malik olmaq şansı yoxdur. Nə qədər ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) inteqrasiya əvəzinə üstünlüyü daha çox milli səviyyəyə yönəldəcək, ölkənin investisiya və ticarət siyasəti planı olmayacaq, o qədər az iqtisadi müstəqilliyə malik olacaq.
Onun sözlərinə görə, yaxın vaxtlarda nəinki Belarus, hətta Ermənistan Rusiya və Avropa İttifaqı arasında böyük iqtisadi körpü ola bilməyəcək. Çünki bu ölkələr öz imkanlarını Aİİ çərçivəsində fövqəlmilli səviyyəyə keçirirlər.
Qloballaşma Problemləri İnstitutunun direktoru Mixail Delyaqin də vurğulayıb ki, tarixən Ermənistan Fransa ilə ən sıx əlaqələrə malikdir. Amma Ermənistan Rusiya və Avropa İttifaqı arasında körpü ola bilməz, lakin Rusiya və Fransa arasında kifayət qədər zəif körpü ola bilər.
Təbii ki, bu amillərdən əlavə, azad ticarət zonası yaratmaq üçün resurslara malik olmaq lazımdır. Ermənistanın isə nə iqtisadi, nə siyasi, nə də ticarət gücü, çəkisi yoxdur ki, hansısa ölkələr arasında körpü rolunu oynasın, yaxud azad zona yaratsın. Elə buna görə də Rusiyanın tanınmış iqtisadçıları İrəvana üstüörtülü şəkildə mesaj göndəriblər ki, nə Avropa İttifaqı, nə də Avrasiya İqtisadi İttifaqı Ermənistanla əməkdaşlıqda maraqlı deyil və heç buna əhəmiyyət də vermirlər. Belə olan halda, ermənilərin bircə ənənəvi yolu qalır: "Rusiyanın yedəyində gəzmək və dilənçilik siyasətini davam etdirmək."(ans press)

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
16 04 2024
16 04 2024
16 04 2024