Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-09-2014, 19:04)
iPhone 6 Ərdoğanın xoşuna gəlmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni iPhone 6-nı tənqid edib. Onun sözlərinə görə, smartfon modeli əvvəlkilərdən heç nə ilə fərqlənmir

 

Virtualaz.org saytı phys.org-a istinadən xəbər verir ki, Türkiyə prezidenti BMT Baş Məclisində iştirak üçün Nyu-York şəhərinə səfəri zamanı “Apple” mağazasının önündə böyük bir növbə görüb.
Ərdoğan buna öz münasibətini belə bildirib: “Hər il bu brend yeni model yaradır. Əslində iPhone 6 xələfindən heç nə ilə fərqlənmir. “Apple” model yox, brend satır”.
Qeyd edək ki, Ərdoğan sosial şəbəkələrə və mobil əlavələrə mənfi münasibət göstərməyi ilə məşhurdur. 2014-ci ilin martında Türkiyə hökuməti ölkə ərazisində Youtube və Twitter sosial şəbəkələrinə girişi bağlayıb. Ölkə prezidentinin fikrincə, bu cür sosial şəbəkələr 2013-cü ildə Türkiyə hökumətinin əleyhinə yanlış məlumatlar yaymaqla məşğul olub. Bu isə Türkiyədə kütləvi iğtişaşlara gətirib çıxarıb.

 

Xatırladaq ki, ötən ilin mayında İstanbuldakı Taksim meydanına bitişik Gəzi parkının yenidənqurma işlərinə qarşı şəhər əhalisinin etiraz aksiyası keçirilmişdi. Cəmi bir neçə günün ərzində iğtişaşlar ölkənin bir çox şəhərlərinə yayılmışdı. Nümayişçilər daha sonra Ərdoğanın istefasını tələb etmişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024