Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-08-2014, 12:20)
Deputat geri çəkildi

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayonu təmsil edən deputat Hacı Qalib Salahzadə arasında yaranmış gərginlik səngiyib. Bir gün öncə icra başçısı ilə deputat arasında olan telefon danışığı nəticəsində mübahisəli vəziyyətə nöqtə qoyulub

 

"Mediatv.az" xəbər verir ki, bu barədə Hacı Qalib “Yeni Müsavat”a açıqlamasında bildirdi. 
Onun sözlərinə görə, Bilgəh əhalisi ilə də söhbət edib: “Heç bir narazılıq yoxdur, bütün problemlər həll olunub, camaat da yerdən göyə qədər razıdır. Hər şey qaydasındadır, hər hansı problem qalmayıb. Camaatı da başa saldıq ki, vaxtilə nə problemlər olubsa, həllini tapıb. Hazırda Bilgəhdə heç bir problem yoxdur. Hər şey öz axarı ilə gedir. Camaat əvvəl başqa cürə başa düşmüşdü. İndi görürlər ki, belə lazımdır və problem yoxdur”. Q.Salahzadənin sözlərinə görə, sakinlərin bəzi nümayəndələri yeni icra nümayəndəsi ilə görüşüb və onu təbrik ediblər: “Mən özüm də Adil müəllimlə danışdım. Problemlər həll olundu. Artıq aramızdan su da keçmir”.
Qeyd edək ki, bir gün öncə Hacı Qalib qəzetimizə çox kəskin danışmışdı. O, zəngilanlı icra nümayəndəsinin Bilgəhi tanımadığını və bu səbəbdən normal işləyəcəyinə inamının olmadığını demişdi. İcra başçısı isə dolayısı ilə deputatı prezidentin siyasətinə qarşı çıxmaqda ittiham etmişdi. Ola bilərmi ki, Hacı Qalib təzyiqlər nəticəsində geri çəkilib? O özü cavabında bunu inkar etdi: “Mən iradları qəbul edən adamam. Ancaq heç kim mənə təzyiq göstərə bilməz. Səhv edəndə də kişi kimi deyirəm ki, səhvim olub. Artıq məsələ geridə qalıb, camaat öz işi ilə məşğuldur”.
Xatırladaq ki, konfliktin yaranmasına səbəb Kürdəxanı, Bilgəh və Pirşağı sakinlərinin icra başçısından deputata şikayət etməsi olmuşdu. Yayılan xəbərdə deyilirdi ki, icra başçısını sakinlərin problemlərini həll etməyə çağıran deputat hədəf götürülüb və rayondakı bütün qurumlara Hacı Qalibin əleyhinə iş aparmaq tapşırığı verilib. Sabunçu Rayon İcra Hakimiyyətindən isə belə bir açıqlama verilmişdi: “İcra başçısı Adil Vəliyev Bilgəh qəsəbəsində hazırda baş alıb gedən anti-sanitar vəziyyət və abadlıq-quruculuq işlərinin zəif getməsi ilə bağlı Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsini dəyişmək qərarına gəlib. İddia olunurdu ki, Qalib Salahzadə bu məsələyə qarşı çıxaraq, bildirir ki, icra nümayəndəsi mütləq bilgəhli olmalıdır”. 
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024