Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (16-08-2014, 22:02)
Qaradağın "qara taleyi": İcra başçısı kimə arxalanır? - ŞİKAYƏT

Qaradağın "qara taleyi": İcra başçısı kimə arxalanır? - ŞİKAYƏT

 

Fövqəlnazirə arxalanan icra başçısı...

Uzun müddətdir ki, Qaradağ rayonunun icra başçısı vəzifəsini icra edən Süleyman Mikayılov və onun yaxın ətrafı, belə desək, "komanda"sı ilə bağlı redaksiyamıza yeni şikayət daxil olub. 

Qaynar.info-ya şikayət edən vətəndaşlar bildirirlər ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova arxalandığını gizlətməyən icra başçısının Qaradağdakı fəaliyyəti dözülməz həddə çatıb. Rayonda "abadlıq və quruculuq" işlərinin kağız üzərində əks olunduğunu deyən şikayətçilər bildirirlər ki, əslində, icra hakimiyyəti bu ad altında milyonlar qazanır, büdcə isə məqsədli şəkildə talan olunur. Halbuki o, fövqəlnazirin yox, prezidentin səlahiyyətli nümayəndəsidir və məhz dövlət başçısının dəfələrlə çıxışlarında qeyd etdiyi prinsiplərə, eləcə də, icra başçıslarına vediyi tapşırıqlara əməl etməyə, həmçinin xalqa hesabat verməyə borcludur. 

Şəxsi obyektlərin rəsmi açılışı... 

Onların sözlərinə görə, rayon mərkəzində bəzi estetik dəyişikliklər aparılsa da, Lökbatan qəsəbəsində vəziyyətin necə ağır olduğu ortadadır. Belə ki, qəsəbədaxili və qəsəbəarası yollar ucqar dağ kəndlərinin yollarını xatırladır. Yeni salınmış yaşayış massivlərinə isə gediş-gəliş olduqca çətindir. Amma buna baxmayaraq icra başçısı iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə və özünə yaxın şəxslərə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində bu illər ərzində xeyli obyekt əldə edə bilib. O, hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edir, bu tədbirlərə isə rayonun bütün rəsmi şəxsləri və müəssisə rəhbərləri, eləcə də işçiləri qatılır. Prezident bu rayondakı tədbirlərdə iştirak edərkən onun gedəcəyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə vəziyyət öz dözülməzliyində qalır. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Büdcədən ayrılan vəsaitin isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə bəlli deyil.

4 milyon 800 manat necə mənimsənilib?

Vətəndaşlar bildirirlər ki, hələ ötən il icra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, "28 May" küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib. Bununla bağlı dəfələrlə Prezident Adminstrasiyasına və müvafiq qurumlara şikayət edilsə də, "Çakır" ləqəbli icra başçısına "gözün üstə qaşın var" deyən olmayıb. 2 il öncə isə Hərbi Hava Hücumundan Müdafiə qərargahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa, Lökbatan qəsəbəsi "28 May" küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən "Cırtdan kafesi” inşa olunub. Yerli sakinlərin sözlərinə görə, bu kafedə pullu oyunlar oynanılır ki, bununla bağlı da dəfələrlə müraciət edilib, sakinlərin narazılığına isə heç bir əhəmiyyət verilməyib. 

50 min qanunsuz tikili və prezidentin yerinə yetirilməyən tapşırığı... 

Şikayətçilər iddia edirlər ki, hazırda Qaradağ rayonunda 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Ölkə başçısı qanunsuz tikililərin sənədləşdirilməsi üçün tapşırıq versə də, bu iş gecikdirilir. Çünki icra hakimiyyətinin məsul şəxsləri bu sənədlərə vətəndaşlardan elə məbləğ tələb edirlər ki, onu ödəmək, doğrudan da, Qaradağın daş karxanalarında günəmuzd işləyən sakinlər üçün çətindir. 

Şikayətçilərin sözlərinə görə, yeni tikilən evlərə görə qiymətlər qəsəbələr üzrə fərqlidir. Belə ki, Qobustanda bu məbləğ 1000-1500 civarında olsa da, Qızıldaş və Lökbatanda minimum 2500-3000 arasında dəyişir. Lökbatan qəsəbə nümayəndəliyində vəziyyət olduqca dözülməzdir. Qəsəbə nümayəndəsi Oqtay Sadıqovun göstərişi ilə tikinti gedən əraziyə gələn müavini Hüseyn Axundov və məsləhətçisi (mühəndis) Sərdar Hüseynov vətəndaşdan pulu yerindəcə ala bilmədikdə, tikinti dayandırılır və buldozerlə dağıdılır. Onların bu davaranışı isə əhalini dövlətdən narazı salır. Bir sözlə, Lökbatanda vəziyyət məhz adıçəkilən bu məmurların ucbatından dözülməz haldadır.

 

Çörəyi "daşdan çıxanlar..." 

Daş karxanalarına gəlincə, vətəndaşlar iddia edirlər ki, Süleyman Mikayılov bütün karxanalarda da pay sahibidir. Çox maraqlıdır ki, karxanalara maliyyə nəzarətini Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Rasim Əhmədovun bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığdığı iddia olunur. O da bildirilir ki, məhz Süleyman Mikayılovun göstərişi ilə karxanalarda daşın qiyməti (ədədi 30-35 qəpiyə satılan daşlar 40-45 qəpiyə qədər. red.) bahalaşdırılıb. Yəni faktiki fəhləyə 4 qəpikdən əmək haqqısı hesablanan daşın bir ədədi 40-45 qəpiyə satılır. Karxanalarda fəhlə əməyinin istismar olunması isə yeni mövzu deyil. Bu, "çörəyi daşdan çıxanların" tale yazısıdır artıq. 

Bəs Süleyman Mikayılovun pul yığanları kimlərdir?

Qeyd edək ki, şikayətçilər bununla bağlı aşağıdakı siyahını təqdim ediblər: 

- Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əhmədov Rasim ;

- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Muradov Nadir;

Lökbatan qəsəbə nümayəndəliyi: 

- Nümayəndə: Sadıqov Oqtay ;

- Müavin: Axundov Hüseyn;

- Məsləhətçi (mühəndis): Hüseynov Sərdar. 

Qızıldaş qəsəbə nümayəndəliyi:

- Nümayəndə: Yusifov İlham;

- Müavin: Məmmədov Məmməd;

Qobustan qəsəbə nümayəndəliyi:

- Nəcəfov Şükran Yusif oğlu.

QEYD: Mövzu ilə bağlı araşdırmalarımız davam edir.  Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024