Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-02-2014, 20:05)
Hesablama Palatası bir qrup vəzifəli şəxs haqda Baş Prokurorluğa şikayət edib

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Modern.az xəbər verir ki. iclasda “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən dövlət büdcəsi vəsaiti hesabına maliyyə-təsərrüfat əməliyyatlarının, aktivlərinin uçotu, istifadəsi, saxlanılması və satışının, habelə vergi və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri üzrə” və “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin icrasına dair auditin nəticələri üzrə” hesabat və rəylər geniş müzakirə olunaraq  təsdiq edilib. 

Kollegiya tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, dövlətə və ayrı-ayrı vətəndaşlara  külli miqdarda zərərin vurulması faktlarının auditlə müəyyən edildiyi nəzərə alınaraq və Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq hər iki nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” Qanunun  2-ci maddəsinin on ikinci bazasının və Prezidentin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında həmçinin, "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar daxil olan vəsaitlərin istifadəsi üzrə nəzarət tədbirinin proqramı təsdiq olunub.

İclasda Palatanın funksional fəaliyyəti ilə bağlı cari məsələlər də müzakirə edilib. Palatanın 2013-cü ildə fəaliyyəti üzrə Hesabatının, eləcə də audit tədbirlərinin nəticələrinə əsaslanmaqla müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi üzrə Palatanın növbəti təkliflər toplusunun hazırlanmasına, eyni zamanda Palatanın Strateji İnkişaf Planının tətbiqi ilə bağlı beynəlxalq layihədə nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə bir sıra  tövsiyyə və tapşırıqlar verilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024