Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Cəmiyyət (12-01-2018, 14:30)
Prokuror Əfqan Muxtarlıya cəza istədi

Prokuror Əfqan Muxtarlıya cəza istədi

 

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı ötən il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.



Reklam
Xəbər lenti
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
20 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
19 01 2018
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı