Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-12-2017, 23:23)
BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib

BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi, Diplomatiya və xarici siyasət  kafedralarının, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “2017-ci il İslam həmrəyliyi ili: Azərbaycanın uğurları və perspektivləri” mövzusunda elmi  seminar keçirilib.

Seminarda Azərbaycan multikulturalizmi kafedrasının baş müəllimi Mətanət Şadlinskaya “2017-ci ilin iqtisadi yekunları və perspektivlər” adlı məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın son illər ərzində iqtisadi yüksəlişindən söz açaraq islam həmrəyliyini zəruri edən amillər arasında siyasi, iqtisadi və mənəvi amillərin də mövcud olduğunu diqqətə çatdırıb. M.Şadlinskaya qeyd edib ki, Azərbaycan islam ölkələri arasında iqtisadi əməkdaşlığa da mühüm töhfə vermək iqtidarındadır.

Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadiqov “2017-ci ildə Azərbaycan Respublikasının dövlət maraqları ilə bağlı əldə edilmiş nəticələr” mövzusunda  çıxış edərək ölkəmizin İslam mədəniyyətinə, elminə böyük töhfələr verməsindən söz açıb. Beynəlxalq məsələlərlə bağlı fikirlər səsləndirən Oqtay Sadiqov gündəmin aktual məsələsi olan Qüdslə bağlı keçirilən konfransda Azərbaycanın sülhü, ədaləti müdafiə etdiyini diqqətə çatdırıb. Avrasiyanın mühüm nəqliyyat layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun ölkəmiz üçün əhəmiyyətindən danışan məruzəçi bildirib ki, bu marşrut Azərbaycanın iqtisadi gücünün dünyaya çatdırılmasında vacib amildir.

 

Sonra Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasovanın “İslam həmrəyliyi Azərbaycan gənclərinin gözü ilə” adlı məruzəsi dinlənilib. N.Elyasova vurğulayıb ki, Azərbaycan dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün tolerantlıq nümunəsi olub. O, Azərbaycan gəncinin Vətəninə, xalqına, milli-mənəvi və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb, gənclər arasında belə maarifləndirici tədbirlərin milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində əhəmiyyətli rolundan danışıb. 

BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib
BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024