Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-12-2017, 13:44)
BSU-da “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub

BSU-da “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub

 

Dekabrın 14-də Bakı Slavyan Universitetində (BSU) ədəbiyyatşünas- tənqidçi, professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva açıb.

Tədbirin moderatoru BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Leyla İmaməliyeva tədbirdə iştirak edən ədəbiyyatşünas-tənqidçilərə söz verib.

Təqdimat mərasimində AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yaradıcılıq şöbəsinin müdiri, professor Vüqar Əhməd, aparıcı elmi işçi, professor Baba Babayev, ADPU-nun professorları Himalay Qasımov, Elman Quliyev, Təyyar Salamoğlu, Yaqub Babayev, professor Abid Tahirli, BSU- nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova və filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov, BSU-nun professorları Naidə Məmmədxanova, Rəhilə Quliyeva, Rüstəm Kamal və başqaları çıxış ediblər. Natiqlər Nizami Tağısoyun adıçəkilən monoqrafiyasında əsərin struktur-funksional xüsusiyyətlərinin, Elçinin “Baş” romanının poetikasının doğru, dürüst nəzəri-metodoloji yöndən araşdırıldığını bildiriblər. Çıxışçılar Nizami Tağısoyun monoqrafiyasının məziyyətlərindən danışıb, monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə sahəsində dəyərli və orijinal əsər olduğunu qeyd ediblər.

Sonda tədbirdə iştirak edən BSU-nun tələbə və magistrantları Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının özəl cizgiləri üzərində dayanaraq N.Tağısoya gələcək tədqiqatlarında uğurlar arzulayıblar.

 

BSU-da “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub
BSU-da “Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024