Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-12-2017, 13:58)
"QAFQAZ PƏLƏNGLƏRİ": İDMANÇILARIMIZ BİR DAHA ÖZ GÜCLƏRİNİ BEYNƏLXALQ YARIŞLARDA SÜBUTA YETİRDİLƏR

 

Qardaş Türkiyə Cümhuriyyətinin ev sahibliyi etdiyi və 26 ölkənin təmsilçilərinin iştirak etdiyi Dünya Döyüş Növləri Çempionatında 20 nəfərlik heyətlə qatılan Azərbaycan komandası uğurlu nəticə əldə etmişdir. Azərbaycan idmançılarından 6-sı Əlbəyaxa Döyüş Nümayəndəliyinin adından, 14-ü Şaolin döyüş sənəti Federasiyasının adından arenaya çıxmışlar. Yarışlarda Əlbəyaxa döyüş nümayəndəliyinin prezidenti Səməd İbrahimov və tələbələri də iştirak edirdi. Səməd İbrahimov bu yarışda 30 – 35 yaşlı kişilər arasında 67 kq çəki kateqoriyasında gözlənildiyi kimi, bir daha rəqibi Rusiya vətəndaşı Sergey Masillov üzərində inamlı qələbə çalaraq 6-cı dəfə dünya çempionu adını qazanmışdır. Komandada 20-25 yaşlı kişilər arasında 95 kq çəki dərəcəsində Cumari Muradov da 6-cı dəfə dünya çempionluğunu təsdiqləmiş, həlledici döyüşdə rəqibi Özbəkstanlı döyüşçüsü üzərində sındırıcı fənd tətbiq edərək qalibiyyət qazanmışdır. 18-20 yaşlı kişilər arasında 92 kq çəki kateqoriyasında çıxış edən Əli İsgəndərov finalda İranlı döyüşçünü nokauta salaraq 2-ci dəfə dünya çempionu statusuna yiyələnmişdir. Rəsul Cəfərov (92 kq) 18 yaşlılar arasında dünya birincisi olmuş, Turan Cəfərov isə 17-18 yaşlılar arasında finalda Rusiya döyüşçüsünü ayaq zərbəsi ilə sarsıdaraq 2-ci yerə layiq görülmüşdür. Şamxal Babayev (75 kq) 14-15 yaşlı gənclər arasında rəqiblərini məğlub edərək dünya çempionu olmuşdur. Əməkdar məşqçi Rafiq Əliyevin rəhbərlik etdiyi Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının üzvləri də 8 qızıl, 4 gümüş, 2 bürünc medal qazanaraq vətənə zəfərlə dönmüşdür. Nümayəndəliyin Prezidenti, altıqat dünya çempionu, “Qafqaz Pələngi” ləqəbli Səməd İbrahimov KİV-ə verdiyi müsahibədə bu günə kimi idmanda qazandığı nailiyyətlərinə görə, ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi, dövlətimizin başçısının idman sahəsinə olimpiya və qeyri - olimpiya növlərinə fərq qoymadan sevgisini və dəstəyini əsirgəmədiyini vurğuladı: "Daxili işlər orqanları əməkdaşı olaraq, Daxili İşlər Naziri general - polkovnik cənab Ramil Usubova da təşəkkürümüzü bildiririk ki, rəhbərlik etdiyi hökumət strukturunda idmançılarımızın məşğulluqlarını təmin etməklə bərabər, onlara məşqlərindən qalmamağı tövsiyə edir. Həmçinin, məşqlərdə və yarışlarda iştirak etməyimiz üçün bizə dəstək olan Baş Mühafizə İdarəsinin rəisi general-mayor cənab Yaşar Əliyevə, Nərimanov rayon Mühafizə İdarəsinin rəisi polis-polkovniki Hafiz Məmmədova, Xətai rayon Mühafizə İdarəsinin rəisi polis-polkovniki cənab Nazim Həsənova, habelə beynəlxalq yarışlara qatılmağımız üçün bizə maddi köməklik göstərən “MASLO DOBRA”YA və “HELL” enerji şirkətlərinin rəhbərlərinə öz dərin təşəkkürümüzü bildiririk". Orxan Rzazadə"QAFQAZ PƏLƏNGLƏRİ": İDMANÇILARIMIZ BİR DAHA ÖZ GÜCLƏRİNİ BEYNƏLXALQ YARIŞLARDA SÜBUTA YETİRDİLƏR

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024