Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2017, 20:19)
Azərbaycanlı alim beynəlxalq forumda Quranın L.N.Tolstoy yaradıcılığına təsiri ilə bağlı məruzə etmişdir

   Qırğızıstanın paytaxtı Bişkək şəhərində Müstəqil Dövlətlər Birliyinin  və Şanxay Əməkdaşlıq Təşkilatının dil və mədəniyyətləri XXI əsrdə adlı XIII Beynəlxalq forum işini yekunlaşdırmışdır. Avrasiya regionunun nüfuzlu alimlərinin qatıldığı tədbirdə respublikamızı Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov təmsil etmişdir. Alimin “Məhəmməd peyğəmbərin aforizmləri L.N.Tolstoyun interpretasiyasında” adlı məruzəsi xüsusi maraqla qarşılanmışdır.  Müəllif adıçəkilən məruzədə böyük rus yazıçısının islama yanaşması ilə azərbaycanlı mütəfəkkirlərin mövqeləri arasında paralelləri aparmışdır. Alim sonda bu qənaətə gəlib ki, L.N.Tolstoy təkcə Məhəmməd peyğəmbər və Quranla deyil, həm də dünyanın görkəmli filosoflarının, o cümlədən Azərbaycanın böyük fikir adamlarının islam barədə düşüncələri ilə yaxından tanış olmuş və onlardan bəhrələnmişdir. Müəllif bu sırada böyük sufi alimi Şeyx Mahmud Şəbüstərinin və digər görkəmli azərbaycanlı sufi və hürufi mütəfəkkirlərinin adını çəkmişdir.

             R.Novruzov daha sonra Şərqin məşhur sufi mütəfəkkiri, Abdulla əl-Məmun Sührəverdi ilə L.N.Tolstoy arasındakı yazışmalardan danışıb. O, qeyd edib ki, Tolstoy Sührəvərdinin kitabından on iki aforizmi özünün məşhur “Hər gün üçün” müdrik kəlamlar kitabına daxil edib.  Alim daha sonra Sührəvərdinin kitabından götürülmüş və L.N.Tolstoyun köməkçisi S.D.Nikolayev tərəfindən ruscaya çevrilmiş kəlamların 1909-cu ildə “Posrednik” nəşriyyatında “Tolstoy tərəfindən seçilmiş Məhəmmədin Qurana düşməyən kəlamları” başlığı altında çap olunduğunu bildirmişdir.

 

          O, Quran aforizmlərinin L.N.Tolstoya doğma olmasının səbəbini onlardakı müdriklik, humanizm, ədalət, insanlığa yardım hissi ilə bağlılıqla əlaqələndirmişdir. R.Novruzov L.N.Tolstoyu həyacanlandıran demək olar ki, bütün məsələlərin Quranda öz əksini tapmasını faktlarla əsaslandırmışdır. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024