Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-11-2017, 17:41)
Dövlət Bayrağı Günü Kürdəmirdə təntənəli şəkildə qeyd edilib

Noyabrın 8-də rayonun Bayraq Meydanında 9 - Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar , rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin hərbiçiləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Bayraq Günü münasibətilə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 50-dən artıq həvəskar və peşəkar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib və məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş edilib.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. O , öz çıxışında bildirib ki, dövlətimizin üçrəngli bayrağı hələ 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında Azərbaycan Cümhuriyyətinin bayrağı kimi qəbul edilmişdi. Təcavüzkar XI Qırmızı Ordunun gəlişi ilə endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə yaşadıldı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin bir iz buraxdı. Nəhayət, 1990-cı ilin noyabrında ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Naxçıvanda dövlət bayrağı kimi rəsmən təsdiq edildi. Həmçinin, Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırıldı. Nəhayət, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin varisi elan edildi. Bununla da Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Demokratik Cümhuriyyətimizin bayrağını yenidən dalğalandırmaqla öz milli köklərindən, şanlı tarixindən ayrılmaz olduğunu bir daha təsdiqlədi. Yaddaşlardan süzülüb, xatirələrdən canlanıb, ürəklərin içindən çıxarılıb başlar üzərinə qaldırılan bayrağımız istiqlalımızı bütün dünyaya bəyan etdi.Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli

siyasətin də hər zaman aparıcı istiqaməti olmuşdur. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə hakimiyyətlə xalqın vəhdətinin yeni bir təzahürü kimi Bayraq Meydanının yaradılması ideyasına gətirib çıxardı. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq beşinci ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi yaşarı bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: “Bu bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. ...Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”. Bu sözlərlə, Prezident müqəddəs bayrağımızın kütləvi yerlərdə dalğalanmaqla insanlarımızın milli birlik, özünüdərk, həmrəylik, vətənpərvərlik idealları ətrafında daha sıx birləşməsinə təkan verəcəyini aydın şəkildə ifadə edirdi. Bayrağımız keçmişimizi bu günümüzə, bu günümüzü gələcəyimizə bağlayan bir tarixdir. Bayrağımızda əks olunmuş milli kimlik - türklük ideyası artıq universal məzmun kəsb edərək, bütün türk dövlətlərinin vahid siyasi-ideoloji xəttində özünə yer almaqdadır. Bu gün Azərbaycan xalqının öz bayrağına olan bağlılığı, sevgisi məhz o bayrağın tariximizi, milli kimliyimizi bariz şəkildə ifadə etməsindən qaynaqlanır. Bayraq böyük qüvvədir. Bu gün Azərbaycan ordusunun sahib olduğu güc də onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq

şərəfli mübarizəyə qoşulur, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar.Bu bayrağın itirilməsi - millətimizin ürəyinin, deməli, varlığının itirilməsi deməkdir. Cəmiyyətimizdə milli özünüdərk amalının, həmrəylik duyğularının, milli maraqlarımız uğrunda mübarizə əzminin yüksəlişi onu deməyə əsas verir ki, xalqımızın ürəyi döyündükcə, milli bayrağımız da dalğalanacaqdır. Çünki bayrağımız - milli vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə qaldıracaq və onu ata yurdumuz Qarabağa, Şuşaya və Xankəndinə daşıyacaqdır.

Mərasimdə şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Bayrağımız qürur mənbəyimizdir” adlı kompazisiya maraqla dinlənilib.

Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024