Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-10-2017, 10:00)
Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq

Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq

 

Azərbaycanda elektron xidmət növlərinin siyahısında dəyişikliklər edilib.

Mediatv.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarında məqsəd Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etməkdir.

Yeni qərarla “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda bəndlər əlavə edilir:

- Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması;

- Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi;

- Məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi;

- İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması;

- İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi;

- Əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması;

- Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi;

- Ovçuluq biletinin verilməsi;

- Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi;

- Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024