Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-10-2017, 12:07)
BSU-da fakültələr arasında intellektual oyun keçirilib

BSU-da fakültələr arasında intellektual oyun keçirilib

Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünə həsr olunmuş intellektual oyun

           Oktyabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun  təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş oyunun əvvəlində Dövlət himni səsləndirilib.

          Oyun başlamazdan öncə BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edib. Rektor Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ili ərəfəsində ölkəmizin hər yerində müxtəlif səpgili tədbirlərin keçirildiyini deyib. BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən N.Əliyeva  gənc nəslin elmə, intellektual yarışlara marağının olmasını yüksək qiymətləndirib. Nurlana Əliyeva qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında bu cür tədbirlərin mütəmadi olaraq təşkili vacibdir. Rəhbərlik etdiyi universitetin tələbələri ilə fəxr etdiyini deyən Nurlana Əliyeva xoşbəxt gələcəyi yalnız ağıllı, güclü intellektə sahib, vətənpərvər gənclərlərin sayəsində əldə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Rektor sonda tələbələrə yeni nailiyyətlər, sağlam rəqabət və uğurlar arzulayıb.

            Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. Bu komandalardan filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edirlər. 36 sualdan ibarət olan oyunun  üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

 

             Yarışın sonunda qaliblər müəyyənləşib. Belə ki, “DiFai” komandası birinci yer, “Coker” komandası ikinci yer, “Pole Çudes” komandası isə üçüncü yer qazanaraq oyunun qalibi olub. Tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova və fakültələr üzrə dekan müavinləri qalib gələn tələbələrə diplom və medallar təqdim ediblər. Birinci yer tutan “DiFai” komandasına qalibiyyət kubokunu BSU-üzrə YAP sədri Sevinc Axundova təqdim edib. İntellektual oyunun lideri  beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.

BSU-da fakültələr arasında intellektual oyun keçirilib
BSU-da fakültələr arasında intellektual oyun keçirilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024