Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-10-2017, 11:31)
Neftçala rayonu: İqtisadi artım,dinamik inkişaf

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Neftçala rayon İcra Hakimiyyətinin Başçısı cənab İsmayıl Vəliyevin apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının  inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab İsmayıl Vəliyevin rəhbərlik etdiyi Neftçala rayonunda 2017-ci ilin 9 ayında ümumi məhsul istehsalının həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 21,4 % artmışdır. Ötən dövr ərzində ümumi məhsul istehsalı 235,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 milyon manat çoxdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 76,9 %-ə çatmışdır. Adambaşına 2736,5 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən  20,3 % çoxdur.2017-ci ilin ötən ayları ərzində rayonda 69 yeni müəssisə yaradılmış, 771 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 69, fiziki şəxslər üzrə 771, mövcud müəssisə və təşkilatlarda 24, fəaliyyəti bərpa edilmiş müəssisə təşkilatlarda 5 olmaqla cəmi 773 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərə 3715 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 4584 nəfər işlə təmin edilmişdir. Yeni iş yerlərinin açılması istiqamətində ölkə rəhbərinin qarşıya qoyduğu tələblərə müvafiq olaraq əlavə tədbirlər görülür.Hesabat dövründə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 560,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024