Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-10-2017, 21:23)
Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu

Türkiyədə Aysel H. adlı 25 yaşlı azərbaycanlı qadın dələduzluğa görə həbs olunub. O, daha üç nəfər dəstə üzvü ilə birlikdə Ədirnə şəhərində bir ailənin 40 min lirəlik qızılını oğurlamaqda şübhəli bilinir. Mediatv.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dəstə 11 yaşlı S.E.F adlı uşağı aldadaraq evdəki qızılları ələ keçirib. Ona zəng edərək atasının polis tərəfindən saxlandığını, onu qurtarmaq üçün evdəki qızılları verməli olduğunu deyiblər. 4 şübhəlidən biri – 26 yaşlı Osman A. evə girərək 40 min lirəlik qızılı uşaqdan alıb və digər şübhəlilər - 25 yaşlı Asel H, 23 yaşlı Xəlil A və 27 yaşlı Rəşid A. ilə birlikdə avtomobilə minərək qaçıb.

Atası evə gələndən sonra qızılların oğurlandığı ortaya çıxıb və ailə oğruların tapılması üçün dərhal polisə müraciət edib.

Axtarış zamanı qızıllar Aysel H.-nin alt paltarından tapılıb. Şübhəli qismində tutulan Aysel H. dələduzluq etməsindən xəbərsiz olduğunu, Azərbaycanda tanınmış və imkanlı ailəsinin olduğunu nbildirib. O, qızılları itməmək üçün büstqalterinə qoyduğunu deyib: “Polislər bizi saxladıqda mən heç avtomobildən enməmişdim. Bizi sürət və ya hansısa qayda pozuntusuna görə saxladıqlarını düşündüm. Ona görə də, qızıllar itməsin deyə onları büstqalterimə qoydum. Qızılları axtardıqlarını biləndə onları özüm çıxarıb verdim. Mən Azərbaycan vətəndaşıyam, Türkiyədə iş icazəsi ilə yaşayıram. Çox yaxşı bir işim var. Ailəm Azərbaycanda tanınan ailədir, maddi durumumuz çox yaxşıdır”, - deyə Aysek H. bildirib.

Evə girib qızılları götürən dəstə üzvü Osman da ifadəsində dələduzluq etdiyindən xəbərsiz olduğunu bildirib: “Mənə 13 nömrəli evdən qızıllar götürməli olduğumu bildirdilər. Qapını balaca uşaq açdı, ondan qızılları alıb yoldaşlarımın olduğu avtomobilə getdim. Cahillik etdim, bunun dələduzluq olduğunu bilmirdim”, - deyə Osman A. bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024