Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-10-2017, 15:21)
BSU-da “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib

BSU-da “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib

           17 oktyabr 2017-ci il tarixdə BSU üzrə Yeni Azərbaycan Partiyası və Azərbaycan multikulturalizmi kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək Azərbaycanın müstəqilliyinin kəşməkeşli yol keçdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin qayıdışına qədər ölkənin çox mürəkkəb durumda olduğunu, sosial-siyasi, milli-etnik konfliktlərin son gərginlik həddinə çatdığını qeyd edib. O, deyib: “Ulu öndər qısa zamanda dövlət müstəqilliyimizi möhkəmləndirərək onun əbədiliyini, dönməzliyini təmin etdi. Demokratik, hüquqi dövlətçilik prinsiplərini bərqərar etdi. Ermənistan tərəfindən Azərbaycanın cəlb edildiyi ədalətsiz müharibədə insan qırğının qarşısını almaq üçün atəşkəsə nail oldu”.

          Seminarda milli-mənəvi dəyərlərimizə həsr edilmiş film nümayiş etdirilib.

 Nümayişin ardından Azərbaycan multikulturalizmi kafedrasının  baş müəllimi  Asif Quliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində milli dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. A.Quliyev bildirib ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyevmədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Həmin kafedranın müəllimi Mayya Cəfərquliyeva “Milli-mənəvi dəyərlər multikulturalizm kontekstində” adlı mövzu ətrafında Azərbaycan  multikulturalizminin mahiyyəti barədə tələbələrlə diskussiya aparıb. Sonra beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Tofiqə Miriyevanın “Milli-mənəvi dəyərlər gənclərimizin gözü ilə” adlı məruzəsi dinlənilib.

BSU-da “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib
BSU-da “Qloballaşma və milli – mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik seminar keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024