Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-10-2017, 10:50)
Rotşildlər ailəsinin başçıları Əlyazmalar İnstitutunda

Rotşildlər ailəsinin başçıları Əlyazmalar İnstitutunda

 

Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər- filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıblar.

Görüş zamanı akademik T. Kərimli qonaqlara institutun tarixi, onun Əlyazmalar Fondundan instituta çevrilməsində Ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlər, instituta rəhbərlik etmiş şəxslər barədə ətraflı məlumat vermişdir. Daha sonra o, institutda qorunub saxlanan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətlərindən söhbət açmışdır. T.Kərimli əlyazmaşünas alimlərin dövlət qayğısı ilə əhatə olunduğunu da qonaqların diqqətə çatdırıb.

İnstitutun direktor müavini A.Əliyeva-Kəngərli isə çıxışında institutda qorunub saxlanılan əlyazmaların uzun illər ərzində toplandığını, alimlərin bu iş üçün ağır zəhmətə qatlaşdıqlarını, əldə olunan materialların öyrənilməsi və tədqiqinin mürəkkəb proses oldu]unu vurğulayıb. O, hazırda institutda əlyazmaların elektronlaşdırıldığını və bu yolla dünyanın istənilən ölkəsində onlardan istifadənin mümkünlüyünü dilə gətirib.

Yaşadıqları ölkədə gəncləri bu sahəyə cəlb etməyin çətin olduğunu bildirən Barbara Rotşild isə Əlyazmalar İnstitutunda gördüyü mənzərədən, xüsusilə gənclərin həvəslə çalışmasından məmnunluğunu bildirib.

Qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ibri əlifbasındakı əlyazma

nüsxəsi, farsca “İncil” və “Musa qoyun otarır” adlı nadir ilüstrasiya ilə tanış olublar.

Görüşün sonunda institutun direktoru, akademik T.Kərimli ibri əlifbasında olan bir sıra əlyazmaların elektorn variantlarını qonaqlara hədiyyə edib.

Endi Rotşild İnstitutun Xatirə kitabına öz ürək sözlərini yazıb.

 

Rotşildlər ailəsinin başçıları Əlyazmalar İnstitutunda
Rotşildlər ailəsinin başçıları Əlyazmalar İnstitutunda
Rotşildlər ailəsinin başçıları Əlyazmalar İnstitutunda

шаблоны для dle 11.2

Xəbər lenti
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
14 04 2024
14 04 2024
13 04 2024
13 04 2024