Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-10-2017, 16:00)
Azərbaycanın postsovet ölkələrinə yatırdığı vəsaitin həcmi açıqlandı

Azərbaycanın postsovet ölkələrinə yatırdığı vəsaitin həcmi açıqlandı

 

Üç illik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9% artaraq, 45,1 mlrd. dollara çatıb.

Mediatv.az  APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1% artaraq, 6,1 mlrd. dollara çatıb ki, bu da 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.

Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.

Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59%-i düşür.

MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox birbaşa xarici investisiya yatırıb ki, bu da 2015-ci illə müqayisədə 19,4% çoxdur.

"İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə, Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir", - sənəddə qeyd edilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024