Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-10-2017, 12:18)
Avstriyalı şair BSU-da qonaq olub

 

 

 

 

 

 

 

 

 

Müasir Avstriya poeziyasının görkəmli nümayəndəsi, bir çox nüfuzlu beynəlxalq mükafatlar laureatı Karl Lubomirskinin BSU-nun Filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib. Alman dili ixtisası üzrə təhsil alan tələbələr qarşısında çıxış edən şair gənclərə Avstriya ədəbiyyatından, müasir poeziyanın qarşısında duran vəzifələrdən, məşhur alman şairi, Nobel mükafatı laureatı Günter Qrafla görüşlərindən, ümumiyyətlə, öz həyat və yaradıcılıq yolundan ətraflı söhbət açıb. Karl Lubomirski bundan sonra gənclərə öz yeni şeirlərini oxuyub, onları maraqlandıran suallara cavab verib. Dil faktorunun hər şeydən önəmli olduğunu vurğulayan sənətkar 1962-ci ildən İtaliyada yaşamasına və bu dili mükəmməl bilməsinə baxmayaraq, əsərlərini yalnız almanca yazdığını deyib. “Mən alman dilində sözlərin hərarətini hiss edirəm” deyən sənətkar yaradıcılığının Avstriya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini və bir çox mükafatlara layiq görüldüyünü də nəzərə çatdırıb. Sonra şair gənclərə özünün tərcüməçilik fəaliyyətindən və tərcüməçi qarşısında duran vəzifələrdən danışıb. Əsərlərinin 22 dilə tərcümə olunduğunu qeyd edən Karl Lubomirski tərcüməçiliyin xüsusi istedadla bərabər, tərcüməçidən zəhmətkeşlik tələb etdiyini vurğulayıb. Görüşdə şairin bu yaxınlarda Azərbaycanda çapdan çıxmış “Özümdən elə uzağam” adlı şeirlər kitabı da gənc oxuculara təqdim olunub. Yeri gəlmişkən, kitabı orijinaldan dilimizə tanınmış tərcüməçi Çərkəz Qurbanlı çevirib.

Görüşdən sonra avstriyalı qonağı BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. N.Əliyeva poeziyanın sərhəddinin olmadığını, onun ölkələri adlayıb qitədən-qitəyə yol açdığını bildirib. BSU rektoru Avstriya şairinin gənclər tərəfindən hərarətlə qarşılanmasını da məhz bu sərhədsizliyin bir nümunəsi olduğunu qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Karl Lubomirski kitabının Bakıda nəşrindən məmnun qaldığını və heç bir ölkədə belə səmimiyyət görmədiyini qeyd edib. Qonağı Avstriyanın Bakıdakı Səfirliyinin müavini

Volfqanq Marxardt və səfirliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Kathavina Mayvhofer müşaiyət edib.

BSU-nun Mətbuat xidməti

 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024