Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-09-2017, 10:22)
ADAU: BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ

 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ

 

Bir əsrə yaxın yaşı olan, Azərbaycan ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilən Dövlət Aqrar Universiteti ölkəmizin aparıcı ali təhsil müəssisəsi kimi inkişafının zirvə ömrünə doğru qətiyyətlə irəliləyir. Təbii ki, ölkədə aqrar sahənin inkişafı üçün mövcud kadr probleminin həlli yolları da məhz bu təhsil müəssisəsindən başlayır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin aqrar sektora, aqrar təhsilə və aqrar elmə diqqəti və qayğısı sayəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına son 4 ildə Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının dünya standartlarına uyğun yenidən qurulması, tədris korpuslarının əsaslı təmiri, yeni korpusların və yataqxanaların inşası aqrar mütəxəssis hazırlığının keyfiyyətinə öz töhfələrini verir. Tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2014-2017-ci illərdə  xeyli sayda kompyuter texnikası, smart (interaktiv) lövhə, nooutbuk, printer, proyektor, elektron tərəzi, mikroskop, konfrans və kompyuter masaları, stol, stul, kabinet dəstləri, linqafon kabineti, kimya, əczaçılıq və BSE, fizika və riyaziyyat, bitkiçilik və bitki mühafizəsi, torpaqşünaslıq və aqrokimya, ümumi əkinçilik, genetika və seleksiya kafedraları üçün yeni laboratoriyalar quraşdırılıb.

Bu gün universitetdə müxtəlif ixtisaslar, xüsusilə aqrar sektor üçün prioritet olan baytarlıq, aqronomluq və aqromühəndislik ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığına böyük önəm verilir. Bu ixtisaslar üzrə həm bakalavriat, həm də magistratura səviyyəsində mütəxəssis hazırlığı üçün zəngin maddi-texniki baza formalaşıb, tədris planlarında Avropa standartlarına uyğun əhəmiyyətli dəyişikliklər edilib, dərsliklər, dərs vəsaitləri hazırlanıb, pedaqoji heyətə bacarıqlı gənc mütəxəssislər cəlb edilib.

         Keyfiyyətli mütəxəssis hazırlığını təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə müasir avadanlıqları ilə yeni laboratoriyalar quraşdırılıb. Əslində son 4 ildə sözügedən fakültədə çoxsayda yeniliklər tətbiq edilib ki, bu da bu günün təlabatını ödəyə biləcək kadr hazırlığı üçün mükəmməl baza deməkdir.

Hazırda fakültədə bakalavriat  və magistratura səviyyələrində “baytarlıq”, “zootexniklik”, “əczaçılıq”, “balıqçılıq və baqlıqçılıq təsərrüfatı işi”, doktorantura səviyyəsində “farmakologiya, klinik farmakologiya”, “dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili”, “baytarlıq elmləri”, “əczaçılıq kimyası, farmakoqnoziya”, “xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası”, “kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması”, “ixtiologiya” ixtisasları üzrə kadr hazırlığı aparılır.

         Fakültənin nəzdində 5-heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası, əczaçilıq və baytarlıq sanitariya ekspertizası, epizootologiya, mikrobiologiya və parazitologiya, yoluxmayan xəstəliklər kafedra fəaliyyət göstərir.

Son illərdə fakültənin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub,laboratoriyalar, tədris və təcrübə mərkəzləri yaradılıb: quşçuluq tədris-təcrübə mərkəzi; qapalı və açıq balıqyetişdirmə laboratoriyası; bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi; pataloji anatomiya muzeyi; baytar-sanitar ekspertizası laboratoriyası; əczaçılıq kimyası laboratoriyası və s.

ADAU-da TİKA (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin) dəstəyi ilə ərsəyə gələn  baytarlıq klinikası istifadəyə verilib, həmin agentlik tərəfindən 29 adda müasir avadanlıqla təchiz edilib. Klinikada qeydiyyat, müayinə, rentgen, ulttrasəslə müayinə, cərrahi əməliyyat otaqları yaradılıb. Baytarlıq klinikasında və özəl baytarlıq məntəqəsində iri və xırda heyvanların müayinə və müalicəsi ixtisaslı baytar həkimləri tərəfindən icra edilir. Burada, həmçinin heyvanlar üzərində bir çox cərrahi əməliyyatlar (kesar əməliyyatı, rumenotomiya, ovariektomiya, sümük sınıqlarının və çıxıqlarının repozisiyası, osteosintez və s.) da aparılır. Son 4 ildə klinikanın əməkdaşları tərəfindən 100-dək iri və xırda heyvanlar üzərində uğurlu cərrahi əməliyyatlar icra edilmişdir.

 

2017-ci ildə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin bazasında 20 baş iribuynuzlu cins qaramal və 4 baş atın saxlanılması məqsədilə eksperimental fermanın və süni mayalandırma mərkəzinin inşası başa çatdırılılıb, sentyabrın 15-də istifadəyə verilib. Kompleksdə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi üçün tələbələrə hərtərəfli imkan yaradılıb. Fermanın tikintisi və tam təchizatı Azərbaycan Respublikası Hökümətinin Dünya Bankı ilə birgə layihələndirdiyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icrası təmin edilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq xidmətləri” subkomponenti çərçivəsində aparılıb.

Universitetdə istifadəyə verilən quşçuluq, bildirçin yetişdirilməsi, arıçılıq, süni mayalanma mərkəzləri, qapalı və açıq balıqyetişdirmə, yerquruluşu və layihələndirmə laboratoriyaları, pataloji anatomiya və anatomiya muzey-auditoriyaları, və digər təsisatlar müasir dövrün əmək bazarının tələblərinə cavab verən aqrar mütəxəssis hazırlığına hərtərəfli şərait yaradır.

“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ümumi sahəsi 72 m2  olan “Qapalı balıqyetişdirmə  laboratoriyası” yaradılıb və iki növdə 2 mindən çox balıq yetişdirilməsinə başlanılıb.

Bununla yanaşı baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində quşçuluq tədris-təcrübə və bildirçin yetişdirilməsi üzrə tədris mərkəzləri də yaradılıb.

Heyvandarlığın müxtəlif sahələri ilə yanaşı arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə arıçılığın iqtisadi əhəmiyyətini nəzərə alaraq baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyası qurulub  və istifadəyə verilib.

Bundan başqa, pataloji anatomiya mərkəzi müasir standartlar çərçivəsində təmir edilib  və istifadəyə verilib. Şübhəsiz, keyfiyyətli və bazar təlabatına cavab verən kadr hazırlığı ilk növbədə yaradlan şəraitdən asılıdır. Müasir və bütün tələbləri ödəyən auditoriyalar da tədrisin keyfiyyətinə yaxşı mənada təsir edən amillərdəndir. İndi baytarlıq təbabəti və zoomühəndislik fakültəsində  nəinki kadr hazırlığı, hətta geniş formada elmi-tədqiqat işləri aparmaq üçün də imkanlar mövcuddur.

Bu gün cəsarətlə demək olar ki, “baytarlıq ixtisası üzrə keyfiyyətli mütəxəssis hazırlamq üçün Azərbaycan Dövlət Aqrar Universitetində tam şərait yaradılıb.

 

 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ
 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ
 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ
 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ
 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ
 ADAU:  BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ-İNKİŞAFIN ZİRVƏ ÖMRÜ

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024