Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-09-2017, 14:59)
Nərimanov rayonunda 2016-2017-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilib.

14 sentyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Nərimanov rayonu təhsil müəssisələrinin 2016-2017-cü tədris ilində qazandığı uğurlar müzakirə edilmiş və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin görüşü keçirilmişdir.

Tədbirdə təhsil müəssisələrinin müəllim və tələbə adını qazanmış gənclər, valideynlər, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər də iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. A.Fərzəliyev qeyd etmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülmüşdür.

Qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2016-2017-ci tədris ilində məktəbi bitirənlərin sayı 1777 nəfər olmuşdur. 2 nəfər şagird məktəbi qızıl medalla bitirmişdir. 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında 650 baldan yuxarı toplayan şagirdlərin sayı 32 nəfər olmuşdur. 1 nəfər tələbə Prezident təqaüdünə layiq görülmüşdür.

Tədbirdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulamış, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

Nərimanov rayonunda 2016-2017-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilib.
Nərimanov rayonunda 2016-2017-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilib.
Nərimanov rayonunda 2016-2017-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024