Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Cəmiyyət (14-09-2017, 13:15)
AzTV-nin məşhur aparıcısına vəzifə verildi

AzTV-nin məşhur aparıcısına vəzifə verildi

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.

Mediatv.az bakupost.az-a istinadən xəbər verir ki, sədr Arif Alışanovqurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının “Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. “Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin “Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.

Əldə etdiyimiz məlumata görə, kadr dəyişiklikləri səlahiyyətləri yenicə əlindən alınan sədr müavini Elsevər Dünyamalıyevə görə aparılıb. Belə ki, prezident sərəncamı ilə AzTV-də sədr müavini təyin olunan E. Dünyamalıyev “Xəbərlər”ə nəzarəti ələ aldıqdan sonra rəhbər vəzifələrə öz adamlarını qoyub. O, 2015-ci ildə iş başına keçən kimi “Mədəniyyət” xəbərlərinin baş redaktoru Cəmilə Əzimovanı bu vəzifədən çıxarıb və yerinə Lalə Məmmədovanı təyin edib.

Bir müddət əvvəl isə Arif Alışanovun yerinə göz dikdiyi deyilən müavin “Xəbərlər”ə nəzarəti itirdiyi üçün, onun verdiyi təyinatlar da sədr tərəfindən bir-bir ləğv edilməyə başlanıb.

Xatırladaq ki, Elsevər Dünyamalıyevlə Arif Alışanov arasındakı gərginliklə bağlı geniş yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, Arif Alışanovun böyük etimad göstərərək, yüksək səlahiyyətlər verdiyi E. Dünyamalıyev onun yerinə keçmək üçün əlaltından işlər görürmüş. Bundan xəbər tutan sədr isə onu “zərərsizləşdirmək” üçün qeyri-rəsmi şəkildə verdiyi səlahiyyətlərini geri alıb.



Reklam
Xəbər lenti
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı