Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-09-2017, 16:53)
Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub

Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub

 

Sentyabrın 13-də Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə “Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Emin Həsənli 99 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun paytaxta daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən danışıb: “Azərbaycan-Türkiyə əlaqələrini ulu öndərimiz “Bir millət iki dövlət adlandırıb. Bakının işğaldan azad edilməsi tarixi hadisədir. Bakıda Nuru Paşanın komandanlığı altında erməni-bolşeviklərin soyqrımına son qoyuldu. Və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya köçdü. Müstəqillikdən sonra da Azərbaycanın müqtəqilliyini ilk olaraq Türkiyə tanıdı. Hərbi, siyasi, iqtisadi əlaqələrimiz var. Məhz bu qardaşlığın nəticəsi olaraq Azərbaycanın təbii sərvətləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, oktyabrın 28-i Türkiyə Cümhuriyyət bayramı ərəfəsində açılışı olacaq Bakı-Tbilisi-Axısqala dəmiryol xətti layihələrinə imza atıldı. Bu da onu göstərir ki, bütün siyasi-iqtisadi əlaqələrdə biri-birimizin yanındayıq, biz müttəfiqik. Ulu öndərimiz Mustafa Kamal Atatürkün təbirincə desək, “Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir”. Çanaqqala hadisələrində də 3 minə qədər azərbaycanlı döyüşçümüz iştirak edib, onların böyük əksəriyyəti şəhid olub. Maddi-mənəvi dəstək olub. Nəriman Nərimanova məktubunda böyük Mustafa Kamal Atatürk deyirdi, bilmirik bu qardaşlığı, borcu necə qaytaracağıq. Nəriman Nərimanov isə cavabında yazırdı ki, qardaş qardaşın əlindən tutar, boş verin. Azərbaycan həmişə Türkiyəyə dəstək olub, Türkiyə də Azərbaycana... 15 sentyabr şəhidlərinin xatirəsi həmişə yaşardır. O zaman da Fətəli Xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov Cümhuriyyət qurucularını yüksək qiymətləndirib. Bu gün də yüksək qiymətləndirilir. Onların adına Şamaxıda, Göyçayda, Neftçalada məzarlıqlar, abidələr var. Bakıda Şəhidlər Xiyabanında böyük abidə ucaldılıb. Və daim bizim qəlbimizdə yaşayacaqlar”.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala söz verilib. O, Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, iki ölkə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə söykənir: “Bu gün Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Bəlkə də dünyada belə sıx dostluğa malik ölkələr yoxdur. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi dini, dili, soyu bir olan qardaş xalqlarıq. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir. Bu, 1918-ci ildə də belə olub. Türkiyə Azərbaycanı yanında gördükdə özünü daha güclü hiss edir. Bu gün Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri də iki ölkənin bir- birinə olan inamını göstərir. Bu gün Bakıdakı Atatürk Mərkəzində bir araya gəlməyimiz 1918-ci ildə verdiyimiz şəhidlərimizin sayəsindədir. Onlara Allahdan rəhmət diləyirik. Bu gün bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyeva, prezident İlham Əliyevə təşəkkür edirik”.

Millət vəkili Qüdrət Həsənquliyev də öz növbəsində deyib ki, 15 sentyabrda Bakının azad olunmasına görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. Deputat dəfələrlə parlamentdə Bakıda Nuru Paşaya abidə ucaldılması ilə bağlı təklif irəli sürdüyünü xatırladıb: “Azərbaycanla Anadolunun düşməni eynidir. İki qardaş ölkəni ayrı salmaq üçün edilən bütün cəhdlər alınmayacaq. Zamanla digər türk respublikaları da bu birliyə qoşulacaq”.

 

Millət vəkili Hikmət Babaoğlu isə deyib ki, hər bir ölkənin tarixi ondan ibrət dərsi almaq üçün öyrənilməlidir: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin xüsusi rolu var. Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları ermənilərdən xilas etmiş oldu. Bu gəliş bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.

 

Tədbirin davamında millət vəkili Aydın Hüseynov, Azərbaycan Türkiyə Sənayesi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Genç, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak, Dünya Gənd Türk Yazarlar Birliyinin sədri, Atatürk Mərkəzinin əməkdaşı Əkbər qoşalı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Azərbaycanın "Əsgər Anaları" Şurasının sədri, "El Gücü" Beynəlxalq Humanitar Assosiasiyasının vitse-prezidenti Leyla Gərayzadə çıxış edib, səslənən fikirləri bölüşüblər.

 

Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub
Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub
Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024