Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-09-2017, 09:58)
Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

 

Təhsil Nazirliyi (TN) orta məktəblərdə dərslik çatışmazlığının olması, bəzi məktəblərdə dərsliklərin şagirdlərin öz vəsaitləri hesabına alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mediatv.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üçün şagirdlərin dərsliklərlə təminatının təşkili üçün bu ilin may ayınadək respublikanın dövlət ümumtəhsil məktəblərinin şagird kontingenti və məktəblərin kitabxanalarında mövcud olan istifadəyə yararlı dərsliklərin sayı dəqiqləşdirilib. 

Nəticədə, yeni tədris ilinə dərsliklərə olan tələbat müəyyənləşdirilib və ona müvafiq olaraq dərsliklərin bölgüsü hazırlanıb. 241 adda 4563416 nüsxə IV, VI, VIII və X siniflər üçün dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Nazirlikdən əlavə edilib ki, təhsil nazirinin 04.08.2017-ci il tarixli, 244 nömrəli əmri ilə aidiyyəti tabe qurumlara həmin dərslik və müəllimlər üçün metodik vəsaitlərin yerlərə vaxtında çatdırılması, yarana biləcək problemlərin effektiv həlli üçün müvafiq işlərin görülməsi tapşırılıb. Eləcə də, TN tərəfindən valideynlərə mətbuat vasitəsilə dərsliklərin sentyabrın 8-dək məktəblərdən götürmələri barədə müraciət ünvanlanıb.

Konkret dərslik çatışmazlığının olub-olmamasına gəldikdə, TN-dən qeyd edilib ki, yeni dərsliklər mövcud tələbata uyğun olaraq çap edilib. Əvvəlki illərdə çap olunan dərsliklər isə məktəb kitabxanalarında kifayət qədər mövcuddur və hazırda onlar məktəblərdə şagirdlərə paylanılmaqdadır: “Dərslik çatışmazlığı yalnız hər hansı ərazidə miqrasiya nəticəsində şagird sayının dəyişməsindən yarana bilər. Həmin problemin də vaxtında, tədris ilinin başlanmasından əvvəl həlli üçün miqrasiya etmiş hər bir şagirdə ona aid olan dərsliklərin gətirilməsi üçün yeni gedəcəyi məktəbə təcili olaraq müraciət etməsi tövsiyə edilib. Əgər problem yaranarsa, aidiyyəti qurumlara problemin həlli üçün müvafiq tədbir görmələri tapşırılıb”.

TN-dən bəzi məktəblərdə çatışmayan dərsliklərin şagirdlərin öz maliyyə vəsaiti hesabına almalı olması barədə valideynlərin söylədiyi iddialara da münasibət bildirilib. Nazirlik qeyd edir ki, respublikanın dövlət ümumtəhsil məktəblərinin şagirdləri üçün dərsliklər dövlətin ayırdığı vəsait hesabına çap edilir və şagirdlərə pulsuz verilir. Hazırda ümumi təhsil müəssisələrində kifayət qədər dərslik var və bu məsələdə hər hansı çatışmazlıq barədə nazirliyə məlumat daxil olmayıb. 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024