Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Cəmiyyət (8-09-2017, 18:00)
Mən xalqların qarışığından yaranmışam – Lütfi Zadədən MARAQLI FİKİRLƏR

Mən xalqların qarışığından yaranmışam – Lütfi Zadədən MARAQLI FİKİRLƏR

 

Mediatv.az  Kulis.az-a istinadən görkəmli alim Lütfi Zadənin müxtəlif vaxtlarda verdiyi müsahibələri əsasında hazırladığı “Həyat qaydaları”nı təqdim edir.

1. Riyaziyyat üzrə təhsil almasam da, həmişə riyaziyyatın üstünlüyünə inanmışam. 60-cı illərin əvvəllərində artıq riyaziyyatın dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasındakı uçurumu dərk etməyə başladım.

2. Problem ondadır ki, riyaziyyat siniflərin dəqiq sərhədlərə malik olduğunu irəli sürür, real dünyada isə siniflərin sərhədləri qeyri-səlisdir. “Qeyri-səlis çoxluq” nəzəriyyəsi riyaziyyatın əsaslarının genişləndirilməsi üçün qapılar açır.

3. Bakıdakı 16 nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim. Bu mühit mənim bütün sonrakı həyatımın intellektual inkişafını formalaşdırdı. Mən hələ kiçik yaşlarımdan elmə böyük maraq göstərirdim. O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr edirdilər. Belə bir mühit məni gələcəkdə alim və mühəndis olmağa həvəsləndirirdi.

5. Qeyri-səlis məntiq nəzəriyyəsinə həsr olunmuş məqaləm ilk dəfə 1965-ci ildə “Information and Control” jurnalında dərc olundu. Çox maraqlıdır ki, ilk vaxtlarda nəzəriyyə etinasızlıq, şübhə və kinayə ilə qarşılandı. Nəzəriyyə barədə müsbət fikirlər olduqca az idi. Buna baxmayaraq, mənim işlərim Yaponiyada alqışlanır və heyranlıqla qarşılanırdı. Mənfi rəylərlə yanaşı, mən tezliklə Yaponiyadan, bu ölkənin sənaye və beynəlxalq ticarət hökumət palatasından məktub aldım.

6. Bəşəriyyətin gələcək inkişafı üçün ən güclü texnologiya - informasiya-kommunikasiya texnologiyaları olacaq.

7. Məni Eynşteynlə, Aristotellə bir sıraya qoymaqları xoşuma gəlmir. Sadə adamam mən. Normal, adi və sadə.

8. Həmişə xəbərlərlə maraqlanmışam. Hələ Bakıda yaşayanda – 6-7 yaşım olanda həmişə “Bakinski rabochi” qəzetini alırdım. Döşəyimin altında həmişə bu qəzet olurdu. Qəzet oxumaq, televiziyaya baxmaq hobbim olub. Ümumiyyətlə, üç hobbim var: əsas - birincisi, fotoqrafiyadır, biri Hi-Fi – radio, səsucaldıcı qurğu və s. Üçüncü hobbim isə xəbərlərdir. Mən həmişə müxtəlif ölkələrdə baş verənlərlə çox maraqlanıram.

9. İstədiyinə doğru inadla getmək. Çətinlikdən qorxmamaq. Bu, daha çox Türk ənənəsidir. Bu, mənim xarakterimin tərkib hissəsidir. Mən çox inadkar ola bilirəm. Bu, yəqin ki, “Qeyri–səlis məntiq nəzəriyyəsi”ni inkişaf etdirmək üçün mənə faydalı oldu.

10. Azərbaycan mənim doğulduğum ölkədir, təhsilimin bir hissəsini burada almışam. Burada dostlarım var, mən Azərbaycanın istiliyini, mədəniyyətini sevirəm. Sevmədiyim cəhətinə gəlincə... Bu, bir çox ölkələrdə var. Məsələn, İranda sənin valideynlərinin nəçi olması çox vacibdir sənin irəli getməyin üçün. ABŞ-da isə belə bir problem yoxdur. Əgər sən yaxşı işləyirsənsə, heç bir maneə ilə üzləşməyəcəksən.

11. Məsələ bu deyil ki, mən amerikalıyam, rusiyalıyam, azərbaycanlı, iranlı, ya da başqa xalqdanam. Mən bu xalqlardan formalaşmışam və özümü onların hər birinin arasında rahat hiss edirəm.

12. İnanclı insanlara hörmətim var. Ateist deyiləm. Bu və ya digər dinə inanan, kilsəyə, məscidə gedən adam deyiləm. Amma Allah adamıyam. İnanclılara böyük hörmətim var.

13. Arvadım Fey yaxşı aşbazdır. Məni sevindirmək istəyəndə plov bişirir. Sevimli restoranıma gedəndə isə “Badımcan dolması” sifariş edirəm.



Reklam
Xəbər lenti
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
22 09 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı