Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-08-2017, 18:57)
Nazpərinin qızılları tapıldı

Nazpərinin qızılları tapıldı

Paytaxt və Sumqayıt şəhəri ərazisində 10-a yaxın dövlət müəssisəsi və özəl şirkətlərdən silsilə seyf oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov, Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov saxlanılıblar. DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalar zamanı bu şəxslərin Bakı və Sumqayıt şəhərlərində oğurladıqları seyflərdən külli miqdarda maddi vəsait götürdükləri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  məlum olub.
   
 Zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən sonuncu belə oğurluq hadisələrindən biri Nərimanov rayonu ərazisində baş verib.        
 
Belə ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlanıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi müəyyən edilib. 
  
Müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

 




шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024