Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-08-2017, 13:53)
BSU-ya axın güclənib

Artıq ikinci gündür ki, Bakı Slavyan Universitetində tələbələrin qeydiyyatı gedir. Universitet rəhbərliyinin göstərişi ilə qeydiyyat tam sadələşdirilmişdir. Tələbələri müşaiyət edən valideynlərin rahatlığı üçün binanın daxilində bütün zəruri şəraiti yaradılıb. Birinci mərtəbədəki geniş foyedə universitetin keçdiyi tarixi yolu və onun bu gününü əks etdirən məlumat lövhələri asılmış, fakültə və ixtisaslar barədə informasiyalar öz əksini tapmışdır. Sənəd qəbulu bütünlüklə elektronlaşmış, ortaya çıxan problemlər baza məlumatıı əsasında yerindəcə həll olunur. Sənəd qəbulu üzrə komissiyasının məsul katibi dosent Nəsib Cəbrayılov artıq birinci turda plan üzrə yerlərin 85 faizinin dolduğunu bildirir. O, bu il universitetə 1085 tələbənin qəbulunun nəzərdə tutulduğunu, həmin yerlərdən isə artıq 920-nin dolduğunu qeyd edir. Yerdə qalan 165 tələbənin ikinci turda universitetə müraciət edəcəyinə əmindir. Dosent N. Cəbrayılov onu da qeyd edir ki, bu il Bakı Slavyan Universitetini seçən tələbələr keçən ilkindən 100 nəfər artıq olub. O, bunu universitetin getdikcə daha artıq nüfuz qazanması, texniki və tədris keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.

- Ötən il universitetdə aparılan əsaslı təmir işləri, auditoriyaların müasir avadanlıqlarla təchiz edilməsi, tədrisin keyfiyyətcə yüksəlməsi, mühazirə oxumaq üçün tez-tez xarici ölkələrdən nüfuzlu alimlərin universitetə dəvət olunması, azərbaycanlı tələbələrin praktika keçmək üçün xarici ölkələrə ezam olunması və s. əhali arasında BSU-ya marağı daha da artırıb. Hər il onlarla tələbəmiz BSU ilə müqvləsi olan ayrı-ayrı ölkələrin universitetlərinə göndərilir. Bu sırada biz Bolqarıstanın, Çexiyanın, Rumıniyanın, Ukraynanın, Belorusiyanın, Rusiyanın, Yunanıstanın və s. Məşhur universitetlərini qeyd edə bilərik.BSU yüksək hazırlıqlı kadrlar yetişdirmək üçün bütün imkanlardan istifadə edir,- deyə universitetin elmi işlər üzrə prorektoru Rafiq Novruzov bildirir.

Onu da qeyd edək ki, universitetdə fəaliyyət göstərən beş fakültədə 30-a yaxın ixtisas tədris edilir: Regionşünaslıq, beynəlxalq münasibətlər, tərcümə, xarici dillər üzrə müəllimlik, jurnalistika, filologiya və s.

Onu qeyd edək ki, BSU-da bəzi ixtisaslar üzrə (Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı) qiyabi təhsil də mümkündür.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024