Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-08-2017, 11:13)
Yol polisi sürücüyə şillə atdı

Yol polisi sürücüyə şillə atdı

 

Yol polisi onu çəkən sürücüyə mane olur. Çəkilişi dayandırması üçün fiziki müdaxilə edir. Görüntülər İsmayıllı-Qəbələ yolundandır. Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. Sürücü iddia edir ki, yol polisi əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozuntusunu sübut etməsini istəyiblər. Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.

Mediatv.az Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər yol polisi ilə sürücülər arasında belə hallara tez-tez rast gəlinir. Sürücülər və ya onların yanındakı sərnişinlər yol polisini xidmət başında, xüsusilə də, onları saxlayanda çəkir və videonu sosial şəbəkələrdə paylaşırlar. Bəs qanunla necə, sürücünün və yaxud onun yanındakı sərnişinin polisi çəkib paylaşması düzgündürmü? Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hər bir vətəndaş mobil telefon və yaxud kamera vasitəsilə polisi çəkə bilər. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz.

Ekspert deyir ki, polis bu cür çəkilişlərə fikir verməməlidir. Əksinə, o, sürücüyə pozduğu qaydanı ətraflı izah etməklə protokolunu yazıb yola salmalıdır.

Qeyd edək ki, istənilən patrul avtomobilindəki kameralar və polisin xüsusi cihazı da sürücünü həm çəkə, həm də səsini aydın yaza bilir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024