Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-08-2017, 11:25)
Yaşı 29-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalır

Yaşı 29-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalır

 

 

2010-cu ildə Azərbaycanda 165643 uşaq diri doğulub ki, onun da 137916-sı ( bütün uşaqların 83,3 faizi) 15-29 yaşlı qadınlar tərəfindən dünyaya gətirilib.

Mediatv.az-ın Trend-ə istinadən məlumatına görə, 2011-ci ildə 176072 uşağın 147262-si (83,6 faiz), 2012-ci ildə 174469 uşağın 144455-i (82,8 faiz), 2013-cü ildə 172671 uşağın 142586-sı (82,6 faiz), 2014-cü ildə 170503 uşağın 140600-ü (82,5 faiz), 2015-ci ildə 166210 uşağın 135943-ü (81,8 faiz), 2016-cı ildə 159464 uşağın 129409-u (81,2 faiz) 15-29 yaşlı qadınlar tərəfindən doğulub.

İllər üzrə müqayisə etdikdə ötən illər ərzində yaş tərkibinə görə 15-19 yaşlı, eləcə də 20-24 yaşlı qadınlar tərəfindən doğulan doğulan uşaqların sayı azalıb. Bu yaşda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların faiz göstəricisi diri doğulan uşaqların ümumi çəkisində azalıb.

Belə ki, 2010-cu ildə bütün diri doğulan uşaqların 12,7 faizi, başqa sözlə 21 035 uşaq 15-19 yaşlı qadınlar tərəfindən dünyaya gətirildiyi halda, 2015-ci ildə bu yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 18 056 olmaqla, bütün uşaqların 10,9 faizini təşkil edib. 2016-cı ildə isə 15-19 yaşlı qadınlar tərəfindən 16 894 uşaq doğulub ki, bu da bütün uşaqların 10,6 faizini təşkil edib.

20-24 yaşlı qadınlara gəldikdə, onlar tərəfindən 2010-cu ildə 70530 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 42,6 faizini təşkil edib. 2015-ci ildə 20-24 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı azalaraq 67807-ə enib ki, bu da bütün diri doğulan uşaqların 40,8-ni təşkil edib. 2016-cı ildə isə bu yaşda olan qadınlar tərəfindən 63779 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 40 faizini təşkil edib.

25-29 yaşlı qadınlar tərəfindən də dünyaya gətirilən uşaqların sayı 2010-cu ildən 2013-cü ilədək olan müddətdə artsa da, 2013-cu ildən sonra onların sayı azalıb. Buna baxmayaraq, diri doğulan uşaqların ümumi çəkisində 25-29 yaşlı qadınlar tərəfindən dünyaya gətirilən uşaqların faizi üstünlük təşkil edib. Belə ki, 25-29 yaşlı qadınlar tərəfindən 2010-cu ildə 46 351 uşaq ( bütün diri doğulanların 28 faizini təşkil edib) doğulduğu halda, 2015-ci ildə 50 080 (bütün diri doğulan uşaqların 30,1 faizi), 2016-cı ildə 48 736 uşaq ( bütün diri doğulanların 30,6 faizi) dünyaya gətirilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024