Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (31-07-2017, 12:47)
Qobustanda ev quşları kütləvi şəkildə tələf olur

Qobustanda ev quşları kütləvi şəkildə tələf olur

 

Qobustanda bir ailənin təsərrüfatında ev quşları kütləvi şəkildə tələf olur. Belə ki, son bir həftə ərzində eyni təsərrüfatda 400-dən çox ev quşu ölüb.

Mediatv.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, rayonun Sündü kənd sakini Səxavət Məmmədov deyir ki, ev quşlarında halsızlıq, şişmə və iştahsızlıq kimi ilkin əlamətlər müşahidə olunub. 

Sonra xəstəlik bütün ev quşları arasında yayılıb və onlar kütləvi şəkildə ölməyə başlayıblar. Təsərrüfat sahibi xəstə toyuqlardan bir neçəsini baytar həkimə göstərib. Onların məsləhət bildiyi dərmanlardan istifadə etsə də, toyuq-cücə daha çox tələf olmağa başlayıb.

Növbəti müraciətdən sonra baytar həkimləri toyuqlarda qurd xəstəliyinin olduğunu bildiriblər. Təsərrüfat sahibi yenidən dərmanlar alıb istifadə etsə də, ölüm halının qarşısı alınmayıb. Ailə baytar həkimlərin səriştəsizliyindən şikayət edir.

Həkimlər isə toyuqlarda qurd xəstəliyinin olduğunu, lakin müraciətin vaxtından gec edildiyini bildirirlər. Bununla belə, xəstəliyin tam təsdiqlənməsi üçün nümunələr laboratoriyaya göndərilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024