Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-08-2017, 12:27)
Bu il Azərbaycanda 34 minə yaxın şəxs işlə təmin olunub - Nazirlik

Bu il Azərbaycanda 34 minə yaxın şəxs işlə təmin olunub - Nazirlik

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində bu ilin yanvar-iyun aylarında 33654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, həmin şəxslərdən 8076 nəfərini qadınlar, 10432 nəfərini gənclər təşkil edib.

Məlumata əsasən, bu ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6%, işsiz statusu verilənlərin sayında 30,8% azalma qeydə alınıb.

Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində cari ilin ötən dövründə 820 nəfər işsiz və işaxtaran vətəndaş öz biznesini başlamaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Verilən aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. Hazırda da aktivlərin verilməsi prosesi davam etdirilir.

Hesabat dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün görülən işlərin davamı olaraq, son 6 ayda 2 286 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub.

Natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısamüddətli iş üçün müraciət edən şəxslərin müvafiq işlərlə təminatı da davam etdirilib. Yanvar-iyun aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən əhalinin, eləcə də, ayrı-ayrı iş adamlarının sifarişləri əsasında 1405 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024