Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-07-2017, 13:54)
Millət vəkili: Artıq yetər!

Millət vəkili: Artıq yetər!

 

“Mən doğulanda qızı üçün sevinməyən, amma sonradan həmin qız üçün Yaradana hər gün şükür edən çox ailələr gördüm. Elə oğul da gördüm ki belə övladdansa “olmasaydı” dediyim oldu. Elə qızlar da gördüm ki, yüz oğula bərabər”.

Oxu.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva iyulun 12-də Respublika Perinatal Mərkəzdə doğuş zamanı dünyasını dəyişən Şamaxı rayon sakini 34 yaşlı Bəkirova Kəmalənin ölümünə münasibət bildirərkən belə deyib.

Xanım deputat özünü oğul övladı üçün qurban verən ananın ölümünə ürək yanğısı ilə reaksiya verib: “34 yaşlı Kəmalə xanımla bağlı yazını üzrək ağrısı, üzüntü ilə oxudum. Hələ də düşüncələrdə dəyişiklik etmək üçün aydınlarımız çox çalışmalıdır. Bu hadisədən üzüntü hissi ilə bəzi insanlara, atalara, nənələrə, babalara üz tutaraq demək istəyirəm ki insanlıq, şərəf, namus, əxlaq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir. Övladın yaxşısı və pisi var. Ata-ana üçün, Vətən üçün, Millət üçün, İnsanlıq üçün yaxşı və pis övlad. Əsas məsələ qız və ya oğlan olması deyil, onun necə bir övlad, insan olmasıdır. Əsas buna diqqət edin və yaxşı övlad yetişdirməyə çalışın. Və qadınları oğul övlad dünyaya gətirə bilmədi deyə incitməyin, üzməyin, suçlamayın, ölümə məcbur etməyin. O doğulan övlad, ana bətnindəki övlad sizin birlikdə övladınızdır. Artıq yetər! Bu zehniyyətdən xilas olaq. Birinci və ikinci sinif cins yoxdur! Oğul da, qız da övladdır! Övlad!”

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024