Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-07-2017, 18:43)
Təhqirə məruz qalan deputat: Öz Allahsızlıqları ilə fəxr edən bu tərbiyəsiz məxluqlar...

Təhqirə məruz qalan deputat: Öz Allahsızlıqları ilə fəxr edən bu tərbiyəsiz məxluqlar...

 

Millət vəkili Fazil Mustafanın Darvinin Təkamül nəzəriyyəsilə bağlı əks fikirləri ateistləri qəzəbləndirib. 

Oxu.Az-ın məlumatına görə, Allahı və müqəddəs kitabları qəbul etməyənlər sosial şəbəkədə onun ünvanına təhqirlər yazıblar.

F.Mustafa onlara elə sosial şəbəkə vasitəsilə cavab verib: “Hansısa deistin, ateistin görüşlərini təbliğ etməsini, əks arqumentlər səsləndirməsini tamamilə normal hal hesab edirəm. Ancaq diqqət yetirdim ki, müsahibəmin paylaşımına yazılan şərhlərdə görüşlərimizi qəbul etməyən ayrı-ayrı adamlar təhqirlərə yol verməkdə bir-biri ilə sanki yarışa girməyə çalışırlar. Mən müsahibəmdə kimsəni təhqir etmədən din, ədəbiyyat, sənət mövzusunda öz görüşlərimi, fikirlərimi verilən suallara uyğun olaraq cavablandırmışam. O zaman nədən öz Allahsızlıqları ilə fəxr edən, bir-iki elmi ədəbiyyat oxuduğunu iddia edərək başqalarını təhqirdən çəkinməyən bu tərbiyəsiz məxluqlar fikirlərimizə qarşı deyil, məhz şəxsimizə qarşı belə bir davranış sərgiləyirlər? Axı deistlərin, ateistlərin içində də tərbiyəli, polemika aparmaq mədəniyyəti olan kifayət qədər insanlar var, hər halda müqəddəs kitablardan öyrənmədiklərini adamlar həmin şəxslərdən öyrənmək imkanına sahibdirlər. Bizə qarşı yobaz dinçilərin hücumlarına alışmışıq, bəlkə, bunlara da yobaz darvinçilər adını vermək yerində olar? Darvin təliminin müasir elmin inkişafına xeyli töfhələr verdiyi danılmazdır, eyni zamanda, Hitlerin faşist ideologiyasının inkişafında da bu təlimin, xüsusilə də sosial darvinçilik deyilən cərəyanın əvəzsiz rolu olduğunu unutmamalıyıq. Demək ki, İŞİD-çilər, dinçi başkəsənlərlə yobaz darvinçi düşüncə sahibləri arasında xeyli yaxınlıq mövcuddur və həmin şərhlərdə bu xüsusilə diqqətimi çəkdi. Yenə bu İŞİD-çini Allahın adını çəkəndə, bəlkə də, dayandırmaq mümkün oldu, bu yobaz darvinçini hansı adla insan qanı içməkdən çəkindirmək mümkün olacaq, doğrusu, çox çətin sual kimi görünür. Hər halda demokratiyanın tələblərinə uyğun olaraq bizlər Yaradana, onlar da təkamülə ümid etsinlər, bəlkə, xeyrə doğru bir şeylər dəyişə!”

Fazil Mustafanın allahsızları qəzəbləndirən fikirlərini təqdim edirik: “Çarlz Darvinin Təkamül nəzəriyyəsi öz təsdiqini tapmadı. Düzdür, hələ ki, Darvinin təkamül nəzəriyyəsini üstələyən bir nəzəriyyə yoxdur, amma ehkam var. Dini ehkamın ortaya qoyduğu postulatlar daha inandırıcı və daha məntiqli qəbul olunur, nəinki insanın hansı bir heyvan formasından çevrilərək yaranması... İnsanın DNT-sinin donuzun DNT-sinə uyğun gələn xüsusiyyətləri var. Ancaq bu, insanın heyvandan çevrilməsi mənasına gəlmir. Təkamülçülər də bu mövzuda heç nəyi sübut edə bilmirlər. Canlıların hamısında bəlli bir yaradılış uyğunluğu var. Amma bunu təkamül olaraq birinin digərinə çevrilməsi kimi göstərmək düzgün deyil. Təbii ki, o elmi araşdırmalar bir dövr üçün fəlsəfəyə, elmə böyük qatqılar vermişdi. Bunu unutmaq olmaz, silib atmaq da olmaz. Darvini öyrənmək lazımdır. Mən təkamül nəzəriyyəsinin Türkiyədə dərsliklərdən çıxarılmasının əleyhinəyəm. Ancaq qəti şəkildə “İnsan əmək nəticəsində meymundan insana çevrilib” yazılmasının da əleyhinəyəm”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024