Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-07-2017, 17:34)
Deputatdan maraqlı təklif: Bu adamlar öləndən sonra cənazələrini...

Deputatdan maraqlı təklif: Bu adamlar öləndən sonra cənazələrini...

 

Millət vəkili Fazil Mustafa Xəzər dənizini hasarlayanlar barədə çox maraqlı fikir irəli sürüb. 

Oxu.Az deputatın sosial şəbəkədə paylaşdığı fikirlərini ixtisarla təqdim edir: “Dənizin səviyyəsiz formada hasarlanmasının bir daha şahidi oluram. Bir neçə mövzu barədə hər dəfə düşünməli oluram ki, Allahın bir nemət olaraq verdiyi bu dəniz bizə, yəni biz azərbaycanlılara nə dərəcədə yaraşır. Şairlərin dəniz haqqında, qağayılar və dalğalar haqqında şeirlərini, qatar-qatar buruqlarını, əlçatmaz kürüsünü, osetrin balığını qoyun bir tərəfə, sadəcə, düşünün ki, bu gözəl dənizin bizə verdiyi sevginin, sağlamlığın, maddi sərvətin cüzi bir hissəsini belə şükranlıq olaraq qaytara bilirikmi?

İlk olaraq hasarlanmadan başlayım. Diqqət yetirirəm ki, dənizə çıxan yolu hətta hasarlarla bağlamış adamların evlərindən nə səhər, nə axşam işıq gəlmir, demək ki, əsas yaşayış məskəni kimi düşünülməyib, o zaman yaşamadığınız yerdə dənizə gedən çıxışı bağlamaqları, dənizin içinə qədər hasarlar çəkməyi, ən hündür hasarlarla dənizi gözəgörünməz etməyi nədən özlərinə rəva bilirlər, doğrusu, anlamaq olmur. Bir də gördün təklif etdim ki, Xəzəri hasarlayıb insanların dənizə giriş-çıxışını əngəlləyənlər üçün Xəzərin içində estakadalar quraşdırılaraq bir qəbiristanlıq yaradılsın, bu adamlar öləndən sonra cənazələrini bu estakadaların üzərinə qoyaq ki, iy verənə qədər dənizin havasından, suyundan doya bilsinlər”.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinə dəyişikliklərə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024