Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-07-2017, 20:05)
Təhsil naziri gileyləndi

Təhsil naziri gileyləndi

 

Təhsil Nazirliyi tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən alınan patentlərin sayı digər ölkələrlə müqayisədə aşağıdır.

Mediatv.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər il Təhsil Nazirliyinin tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən 600-dən artıq dərslik və dərs vəsaiti nəşr edilir, yeni məhsullar və ixtiralar əldə edilir.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən 2014-cü ildə 29 patent, 2015-ci ildə 33, 2016-cı ildə isə 54 patent alınıb: “Bir tərəfdən, 3 il ərzində alınan patentlərin sayının 2 dəfəyə yaxın artması müəyyən bir nailiyyətdir. Lakin digər tərəfdən, bu rəqəm aşağıdır. Hesab edirəm ki, biz bunu öz fəaliyyətimizdə prioritetləşdirməliyik. Bu göstərici digər ölkələrlə müqayisədə də aşağıdır. Bunun əsas səbəblərindən biri kimi ixtiraların hamısının patentləşdirilməsi üçün təqdim olunmamasını göstərmək olar”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024