Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-06-2017, 14:13)
BSU-nun nümayəndəsi nüfuzlu beynəlxalq konfransda iştirak edib

 

 

         İyunun 21 və 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Rus dünyası: indi və gələcəkdə” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Kreml Sarayının  Kiçik zalında  baş tutan  konfransda  dünyanın səksən ölkəsindən 700-dən artıq nümayəndə iştirak etmişdir. Respublikamızı həmin tədbirdə Bakı Slavyan Universitetinin prorektoru, fil.ü.e.d., professor Rafiq Novruzov təmsil etmişdir.

       Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin və təhsil naziri Olqa Vasilyevanın təbrik məktublarının oxunuşu ilə açılan tədbir  “Rus dünyası: oxşarlıq və konsolidasiya”, “Rus dünyası mətnləri: klassika və müasirlik” adlı iki bölmədə öz işini davam etdirmişdir. Onu da qeyd edək ki, bölmələrin iclaslarına  B.A.Nikonova və akademik L.A.Verbitskaya kimi nüfuzlu alimlər rəhbərlik etmişlər.

          Azərnbaycan nümayəndəsi, fil.ü.e.d. professor Rafiq Novruzov  L.A.Verbitskayanın rəhbərlik etdiyi bölmədə “Bədii mətn: klassika və müasirlik” adlı məruzə ilə çıxış etmiş və alimin rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının müqayisəsindən bəhs edən fikirləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Alimin məruzəsində rus ədəbiyyatında rus milli xarakteri ümumbəşəri dəyərlər fonunda təhlil edilmişdir.

          R.Novruzovun məruzəsi yüksək qiymətləndirilmiş, konfransın toplusunda nəşrə tövsiyə edilmişdir. 

 

                                                              BSU-nun Mətbuat Xidməti 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024