Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-06-2017, 12:28)
Azərbaycanda yeni dələduzluq növü: “Etibarsız” etibarnamə

Azərbaycanda yeni dələduzluq növü: “Etibarsız” etibarnamə

 

Bərdədə saxta sənədlə avtomobil satılıb. Avtomobili etibarnamə ilə alan şəxs də nəqliyyat vasitəsini başqa birinə satıb. Məhkəmənin qərarı ilə avtomobil mülkiyyətçisinə geri qaytarılıb. Nəticədə saxta etibarnamə alqı-satqısı zamanı ortada olan 3-cü şəxsə 16 min dollar ziyan dəyib.

Mediatv.az xəzərxəbər-ə istinadən məlumat verir ki, hadisə Bərdə sakini Alim Əliyevin başına gəlib. 

Onun sözlərinə görə, 2011-ci ildə “Hundai”' markalı avtomobili Bərdə bazarında 16 min dollara alıb.

Bir müddətdən sonra avtomobilin yeni sahibi Anar Axundov Alim Əliyevə bildirib ki, avtomobili onun əlindən alıblar. Daha doğrusu, Binəqədi rayon məhkəməsinin qərarı ilə avtomobil mülkiyyətçisinə qaytarılıb. 

Məsələ ilə bağlı araşdırmaya başlayan Alim Əliyev müəyyən edib ki, Elşad Hüseynov həmin avtomaşını ona saxta etibarnamə ilə satıb.

Alim Əliyevin sözlərinə görə, Elşad Hüseynov Fərhad Rəhimovdan avtomobili almaq üçün 20 min dollara razılaşıblar. Pulun 4 min dollarını verib, qalan 16 mini isə 1 aya ödəyəcəyini deyib. 

Fərhad Rəhimov Elşad Hüseynova etibarnamə verib. Alim Əliyev iddia edir ki, Elşad Hüseynov sürmək üçün verilən etibarnaməni Gəncə şəhərindəki notariuslardan birində saxtalaşdırıb.

Baş verənlərdən sonra Anar Axundov məhkəmənin qərarı ilə 17 min 500 dollar pulunu Alim Əliyevdən alıb. Bundan sonra zərərçəkmiş Alim Əliyev avtomobili ona saxta sənədlərlə satan Elşad Hüseynovu məhkəməyə verib. Çox çəkməyib ki, Elşad Hüseynov saxlanılıb. 

Məhkəmə qərarı ilə o, dövlət sənədlərini saxtalaşdırma və dələduzluq əməllərinə görə 9 il 6 ay müddətində azadlıqdan məhrum olunub. İndi Alim Əliyev ona dəymiş ziyanın ödənilməsini tələb edir. Əgər Elşad Hüseynov həbs edilibsə, zərərçəkmişə dəymiş ziyanı kim ödəyəcək?

Hüquqşünas Xəyal Bəşirov deyir ki, zərərçəkmiş Alim Əliyev mülki iddia qaldırıb saxlanılan şəxsin adına olan əmlakın satılması ilə dəymiş ziyanı ödətdirə bilər. Əgər adında əmlakı yoxdursa, onda həmin şəxs azadlığa çıxdıqdan sonra məcburi əməyə cəlb edilməklə vurduğu ziyanı qarşılamalıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024