Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-07-2017, 18:10)
Bələdiyyə sədri ifşa olundu-Masallıda VİDEO

Xatırladaq ki, mətbuat səhifələrində Masallırayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan məlumatlar yayılmışdır. Redaksiyamızın elektron poçtuna daxil olamuş şikayət məktubunun araşdırılması məqsədilə “Araz Xeber Agentliyinin” araşdırma qurupu Masallı rayonu Hüseynhacılı kəndinə ezam olunmuşdur. 
Məscidə toplaşan kənd sakinləri bələdiyyə sədri Rafiq Ağayevdən şikayətçi oluqlarını bildirdilər. 
Sakinlərin bildirdiyinə görə, mayın 20-si axşam namazından sonra bələdiyyə sədri Rafiq Ağayev sərxoş vəziyyətdə, yanında yüngül əxlaqlı qadınla kəndin məscidinə daxil olmuş, elə həmin qadınla birgə Allah evində Azərbaycan əxlaqına və mentalitetinə yaraşmayan hərəkətlər etmişdir.
Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını çəkmədilər.Sakinlər bildirir ki, hadisəyə iki nəfər şahid olub. Bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub. 
R. Ağayevin cəzalandırılması üçün kənd ağsaqqalları Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət etdiklərini dedilər.. 
Həmin qurumun nümayəndələrinin, kənd ağsaqqallarının, axundun və 50-yə yaxın sakinin iştirakı ilə sözügedən kənddə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt təsdiqini tapıb. Həmçinin R. Ağayev kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. Və kənd camaatından onu bağışlamalarını istəyib. Bir məsələni də vurğulayaq ki, bələdiyyə sədri Öncəqala kəndində yaşasa da, o, Azərbaycanlı əxlaqına və mentalitetinə yaraşmayan həkətlərini Hüseynhacılı kənd məscidində edib. Kənd camaatı onun bu cür əməllərindən artıq bezdiklərini dilə gətirdilər.
Kənd sakini Həsənxan Məmmədov bildirdi ki, həmin hadisənin səhəri Rafiq Ağayev mənim evimə gələrək onu bağışlanmasını xahiş etdi.
Sonra çıxış edən kənd ağsaqqallarından Hacı Sudeyif kişi kənd camaatının zəhmətkeş olduğunu, dövlətimizə və rəhbərimizə sadiq qaldıqlarınıbildirdi. Bütün bunlara baxmayaraq bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib. Kənd sakinlərinin dediyinə görə, onu rayon icra hakimiyyətinin başcısı Rafil Hüseynov ciddi cəhdlə müdafiə edir. “Əgər o,cəzalandırılmazsa, həmin mənəviyyata sahib olan adamlara da bu hadisə pis örnək olacaq. Kiçik bir kənddə baş vermiş bu xoşagəlməz hadisə Azərbaycanın digər rayonlarına, kəndlərinə də sirayət edə bilər". 
Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər göstərilir.
Sakinlər bildirir ki, hadisəyə şahid olan iki gənci polis şöbəsinə apararaq təzyiq göstərməklə onlardan məsələni qabartmamağı, bu işdən əl çəkmələrini tələb ediblər. 
”Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada “islam”əxlaqına yaraşmayan hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik?” – deyə sakinlər bildirdilər.
Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib. Onun bələdiyyə sədrini açıq-aşkar müdafiə etdiyini görən kənd sakinləri etiraz əlaməti olaraq sakitcə başcının keçirdiyi toplantını yarımçıq tərk ediblər.
Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib.
Redaksiyadan: Onu da qeyd edək ki, faktlara münasibət öyrənmək üçün Hüseynhacılı kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. İcra nümayəndəsi Füzuli müəllim bildirdi ki, bu elə bir məsələdir ki, mən kiminsə üzünə durası deyiləm. Yaxşı olar ki, Rafiqin özünə zəng vurasınız. Bələdiyyə sədri Rafiq Ağayev isə zənglərimizə cavab vermədi.

Aşığadakı videonu sizin müzakirənizə buraxmaqla kimin haqlı, kimin haqsız olduğunu özünüz görəcəksiniz. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024