Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-07-2017, 18:10)
Kəlbəcər girovu Şuşadan video göndərdi

Kəlbəcər girovu Şuşadan video göndərdi

 

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin yeni videogörüntüləri ailəsinə təqdim olunub.

Mediatv.az xəbər verir ki, bu barədə azvision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, qardaşı videoda azyaşlı qızı üçün darıxdığını deyib.

"Artıq girovlara məktub yazmırıq. Məktub ləğv olunub. Onların videosunu çəkib bizə göstərirlər. Bizdə öz görüntülərimizi onlara göndəririk. Şahbaz sonuncu dəfə vəziyyətinin normal olduğunu deyimişdi. İndi vəziyyəti bir az yaxşılaşıb. Hamıya salamı var. Dediyinə görə artıq ona işgəncə vermirlər. Şahbaz həyat yoldaşı və qızına da video göndərib. Onlar üçün çox darıxdığını deyib".

İ.Quliyev qardaşını müalicə edən həkimlə Bakıda görüşdüyünü vurğulayıb: "Həkim bildirdi ki, Şahbaz müalicə olunub, səhhəti normaldır".

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024