Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-07-2017, 19:56)
Nazirlik hesabat yaydı: Keçən il 84 fəhlə ölüb

Nazirlik hesabat yaydı: Keçən il 84 fəhlə ölüb

 

 

 

2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatla əlaqəli sayılmış 159 bədbəxt hadisənin təhqiqatını aparıb.

Mediatv.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi məlumata görə, bu hadisələr nəticəsində 84 nəfər həyatını itirib, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (24,2%), emal sənayesində (16,8%), nəqliyyat sektorunda (12,4%), mədənçıxarma sektorunda (14,9%), energetika sahəsində (6,8%) və digər sahələrdə (24,9%) baş verməsi müəyyən edilib.

Tikinti sektorunda 39 bədbəxt hadisə baş verib (onlardan qrup halında bir hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 10 nəfər, xəsarət alanların sayı isə 30 nəfər olub".

Bundan əlavə, 2015-ci ilin dekabr ayında Xəzər dənizində baş vermiş təbii fəlakət nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 nəfər işçisinin ölümü və SOCAR-ın Günəşli yatağının 10 saylı stasionar Dərin Dəniz Özülündə 30 nəfərin ölümü, 33 nəfərin itkin düşməsi və xeyli sayda işçinin xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatına 2015-ci ildə başlanılıb və bu təhqiqatlar 2016-cı ildə başa çatdırılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024