Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-06-2017, 19:01)
Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi BSU-da qeyd olunub

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi BSU-da qeyd olunub

 

Bolqarıstanın energetika nazirinin müavini BSU-da qonaq olub

 

İyunun 1-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ABŞ, Ruminya, Macarıstan, Polşa, Ukrayna, Belarus, Türkmənistan və digər ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin komissiya sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Asim Mollazadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim Azərbaycan və Bolqarıstanın Dövlət himinlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva müstəqil Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı diplomatik münasibətlərin tarixi baxımdan elə böyük mərhələni əhatə etməsə də, böyük işlərlə yaddaqalan olduğunu vurğulayıb. O, bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu münasibətlərin ölkə Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, xalqlarımızın bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını nəzərə çatdırıb. N.Əliyeva Azərbaycan Respublikasının birici vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bolqarıstan Respublikasının ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işləri barədə məlumat verib. Rektor Bakı Slavyan Universiteti ilə Bolqarıstanın ayrı-ayrı ali məktəbləri arasındakı əlaqələrdən, Bolqarıstan Respublikasının birinci vitse-prezidentlərinin BSU-da olmalarından və BSU nümayəndə heyətinin mart ayında Bolqarıstana səfərindən, yüksək səviyyədə qarşılanmalarından danışıb.

Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova çıxış edərək qonaqları salamlayıb, ölkələrimiz arasındakı münasibətlərin tarixindən və bugünkü real vəziyyətdən danışıb. O, Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə xüsusi önəm verən bir xalq olduğunu qeyd edib. Səfir burada dini, irqi, milli fərqlərə yer olmadığını və ölkəmizdə çalışdığı müddətdə belə bir halla qarşılaşmadığını nəzərə çatdırıb. Azərbaycan Respublikasının regionda lider dövlət olduğunu deyən səfir iqtisadi, siyasi sahələrdə olduğu kimi mədəni və təhsil sahəsəndə də uzun müddətdən bəri davam edən əməkdaşlığın artıq öz bəhrələrini verdiyini diqqətə çatdırıb. O, Azərbaycanda bolqar dili və ədəbiyyatı üzrə kifayət qədər hazırlıqlı mütəxəssis yetişdiyini və Bolqarıstanda da Azərbaycan mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını öyrənən kardlar hazırlandığını bildirib. Səfir bu sahədə əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Sonra söz alan Bolqarıstan Respublikasının energetika nazirinin müavini Yaço Stankov Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol barədə məlumat verib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin II Avropa İdarəsinin rəis müavini Qismət Gözəlov çıxış edərək ölkələrimiz arasındakı iqtisadi, mədəni məsələlər və Avropanın enerji təchizatı layihələrində Azərbaycanın iştirakı barədə danışıb.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BSU tələbələri və universitet nəzdində Məktəb Lisey Kompleksinin şagirdləri Azərbaycan və bolqar dillərində şeir və mahnılar səsləndirib, rəqs nümayiş etdiriblər.

 

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi BSU-da qeyd olunub
Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi BSU-da qeyd olunub
Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi BSU-da qeyd olunub

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024