Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-05-2017, 11:07)
MƏN KƏNDƏ QAYIDACAM

MƏN KƏNDƏ QAYIDACAM

 

“Xalq Qəzetinin” 18 may 2017-ci il tarixli sayında Hamlet Qasımovun Azərbaycan Dövlət Aqrar Universitetindən hazırladığı və “O kəndə gedəcək...” sərlövhəli məqalə bu günün real mənzərəsini yaratmaqla tələbə düşüncəsini də açıb göstərib. Burda təhsil alan tələbələrin əksəriyyəti son illər ixtisas seçimində zamanın tələbini dinləyib, aqrar sahənin inkişafında zəhmətinin olmasını istəyib. Kadr kimi isə doğma rayonlarına qayıtmaq fikrindədirlər.

ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, həmin tələbələrdən biri də aqranomluq fakültəsinin birinci kursunu bitirmək üzrə olan, əslən balakənli Abubakar Cerçiyevdir və o, nədən Aqrar Universiteti seçməsini belə izah edir.

“Mən qəbul imtahamında yüksək nəticə əldə etdim. Oturub fikirləşdim ki, hansı ixtisası seçsəm vətənimə, xalqıma, elimə, obama daha xeyirli övlad olaram.  Sosial şəbəkələrdə möhtərəm cənab prezdentimizin əkinçilik, arıçılıq, bağçılıq və digər Kənd Təsərüfatı sahələri ilə əlaqədar imzaladığı fərmanları görürdüm. Onu da deyim ki, mən əkinçi aləsində doğulmuşam.  Ailəm kənd təsərüfatının bir neçə sahəsi ilə məşğul olur.  Elə bu üzdən də kənd təsərüfatının bütün sahələrinə böyük marağım olub. Olduqca doğma bildiyim Yeni-Şərif kənd camaatının böyük zəhmət çəkib ancaq məhsul əldə etmədiklərini görürdüm və mən hər şeyi nəzərə alaraq məhz  ADAU-nun Aqronomluq fakultəsinin Aqronomluq ixtisasını seçdim. İxtisası seçməkdə yanılmadığımı təhsilin ilk günündən  gördüm. Hörmətli kənd təsərüfatı naziri Heydər Əsədovun şəxsən  özünün mənə tələbə bileti  təqdim etməsi ömrümün unudulmaz günü oldu və məni çox sevindirdi. Təhsilimə böyük həvəslə başladım. 1-ci smestri əla qiymətlərlə başa vurdum və ikinci smestrdə də əlaçı olmaq üçün imtahamlara ciddi hazırlaşmışam. Universitetdə biz tələbələrə  belə qayğı gösdərdikləri üçün hörmətli rektorumuz İbrahim müəllimə, dekanımız Məhərrəm müəllimə çox böyük minnətdarlığımı bildirirəm. Onlara söz verirəm ki, Universitetimizə layiq tələbə olacam”.

Bunlar birinci kursu bitirmək üzrə olan bir tələbəni ürəyindən keçən, qəlbinə hakim kəsilən hisslər idi və tələbə onu dilə gətirib. Bu cür düşünənlər isə indi Aqrar universitetdə çoxdur. Artıq tələbə zamanın tələbindən irəli gələn ixtisaslara daha çox önəm verir və gələcəkdə özünü bu sahədə sınamaq, nəzəri biliklərini seçdiyi sahənin inkişafına yönəltmək istəyir. Bu olduqca normaldır, əslində aqrar sahənin inkişafına dövlətin dəstəyinin, prezident İlham Əliyevin göstərdiyi qayğının nəticəsinin təntənəsidir.

 

MƏN KƏNDƏ QAYIDACAM
MƏN KƏNDƏ QAYIDACAM
MƏN KƏNDƏ QAYIDACAM
MƏN KƏNDƏ QAYIDACAM

шаблоны для dle 11.2

Xəbər lenti
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024