Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-05-2017, 19:41)
DMX rəisi: Turist vizası ilə ölkəyə gələnlərin biznesmenlər tərəfindən işə cəlb olunması halları var

DMX rəisi: Turist vizası ilə ölkəyə gələnlərin biznesmenlər tərəfindən işə cəlb olunması halları var

 

“Bu gün ən önəmli məsələlərdən biri odur ki, işə cəlb edənlər tərəfindən bəzi hallarda xarici vətəndaşları Azərbaycana dəvət etməsi, işə götürməsi qaydaları pozulur”.

Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar klubunun üzvləri ilə görüşdə bildirib.

DMX rəisi qeyd edib ki, bəzi hallarda turist vizası ilə ölkəyə gələn şəxsləri iş adamları işə cəlb edirlər:

“Nümayəndəlik və filiallar var ki, fəaliyyətlərini yoxladığımız zaman onların müəyyən qanunsuzluqlara yol verdikləri məlum olur. Hətta onların fəaliyyəti yoxdur. Buna baxmayaraq, onlar iş icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Burada sual yaranır. Əgər bunların faktiki iş yeri yoxdursa, nə üçün müraciət edirlər? Bəzi ölkələrdən müəyyən müddət ərzində gəlib burada işləyib başqa ölkəyə tranzit getmə halları var. Bəzi iş adamları onlara şərait yaradır. Bu halların da qarşısı alınır. 2016-cı ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Banqladeş vətəndaşlarından ibarət 7 qrup aşkarlanıb”.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024