Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-05-2017, 15:30)
BSU-da Atatürkə həsr olunmuş tədbir keçirilib

BSU-da Atatürkə həsr olunmuş tədbir keçirilib

 

Bakı Slavyan Universitetinin (BSU) Türkiyə araşdırmaları tədris və mədəniyyət  mərkəzinin təşkilatçılığı ilə 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd olunub. Tədbirin əvvəlində Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Yunis Əmrə İnstitutunun Bakı ofisinin müəllimi Fatma Büşra çıxış edərək iştirakçıları ofisin rəhbəri  İbrahim Yıldırımın adından salamlayıb və Atatürkü Anma, Gənclik və İdman bayramı barədə məlumat verib. O, qeyd edib ki, Osmanlı imperiyasının I Dünya Müharibəsində məğlub olmasından sonra Türkiyə ərazisinin böyük hissəsi işğal edilib. Mustafa Kamal bu işğalı qəbul etməyərək 1919-cu il mayın 19-da Samsun şəhərində milli azadlıq hərəkatına start verib. Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən təmizlənib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may onun istəyi ilə hər il Gənclik və İdman bayramı kimi qeyd olunub. 1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olunub. 

Tədbirdə çıxış edən BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Natiq Abdullayev Türkiyədə təhsil aldığı illərdə Atatürklə bağlı keçirilən tədbirlər barədə xatirələrini bölüşüb. N.Abdullayev 19 may tarixinin Türkiyənin şanlı səhifələrindən biri olduğunu qeyd edərək türk gəncliyini öz tarixini unutmamağa səsləyib.

Sonra BSU nəzdində Məktəb Lisey Kompleksin şagirdi Firuzə Qasımzadə, Bakı Türk Anadolu Liseyinin şagirdi Fərhad Teymurov Atatürkə həsr olunmuş şeirlər səsləndiriblər. BSU tələbələri Atatürkün gəncliyə xitabı və gəncliyin Atatürkə cavabını oxuyublar. 

Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 19 May bayramının “Bir millət, iki dövlət” sayılan Azərbaycan və Türkiyə üçün ortaq bayram olduğunu qeyd edib.  “Türkün ayaq basdığı yer Vətəndir!” söyləyən X.Sultanova türk soyunun müqəddəs adət- ənənələrə sahib olduğunu bildirib.

Yunis Əmrə İnstitutunun Bakı ofisinin təhsil üzrə koordinatoru Ali İhsan Çevik yüksək təşkilatçılığa görə Türkiyə araşdırmaları tədris və mədəniyyət  mərkəzinə minnətdarlığını bildirib. O,çıxışında Yunis Əmrə İnstitutunun yaranması, fəaliyyəti, burada təşkil edilən kurslar və imtahanlar barədə ətraflı məlumat verib. Yunis Əmrə İnstitutunun Bakı ofisi və Təkamül Beynəlxalq İnteqrasiya İctimai Birliyinin bərabər təşkil etdiyi "Qarabağın Səsi" layihəsindən söz açan A.İ.Çevik bildirib ki, bu layihə Qarbağ bölgəsində qaçqın həyatı yaşayan gözəl səsə sahib istedadlı gənclər arasında keçirilir. A.İ.Çevik bildirib ki, müsabiqənin final mərhələsinin yaxın günlərdə Bakıda baş tutacaq.

Sonda Yunis Əmrə İnstitutunun fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

 

BSU-da Atatürkə həsr olunmuş tədbir keçirilib

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024