Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-05-2017, 09:49)
Nərimanov rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib.

Nərimanov rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib.

 11 may 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib.

  Görüşdə Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yursifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nümayəndə heyəti Ali Abdullah, Latifiha Heşmatullah, Qyomars Jamal, Afşin Asghar və İsa Zeynal Nəsrulla iştirak etmişlər.

İlk olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin foyesində Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə güllər qoyulmuşdur.

Görüşdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yursifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları salamlamış, ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə, ölkədə  kütləvi  idmanın geniş vüsət almasından məlumat verərək Azərbaycanda yürüdülən uğurlu daxili və xarici siyasətdən danışmışlar.

Natiqlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə özlüyündə qətiyyət faktorudur, əlbəttə ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü dövlətə, eləcə də dünyada öz sözünü deyə bilən ölkəyə çevrilməsinə zəmin yaradıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. İstənilən ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Qarşıda yeni planlarımız, yeni ideyalarımız var. Bütün bunların əsasında isə əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub.

Sonra çıxış edən İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nümayəndə heyəti Ali Abdullah, Latifiha Heşmatullah, Qyomars Jamal, Afşin Asghar və İsa Zeynal Nəsrulla yaradılan şəraitə görə təşəkkürlərini birldirdilər, səfərlərinin məqsədini nəzərə çatdırdılar. Qeyd etdilər ki, məqsəd Azərbaycan və İran İslam Respublikaları arasında gənclər və idman sahələrində əməkdaşlıq etmək, yerli Gənclər və İdman İdarələri ilə dostluq münasibətləri qurmaq, iki ölkə arasında dostluq əlaqələrinin gücləndirilməsi və genişləndirilməsinə töhfə vermək, gənclər mübadiləsi sahəsində əməkdaşlığı və qarşılıqlı maraqları inkişaf etdirmək və təşviq etmək, idman növləri üzrə iki ölkə arasında yarışların təşkili üçün müzakirələr aparmaqdır.

Daha sonra görüş iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmişdirlər. Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilmişdir. Bildirildi ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.

 

Qonaqlar Ümummilli Lider Heydər Əliyev barəsində media-arxivlə tanış olmuşdurlar. Qeyd olundu ki, mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Nərimanov rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib.
Nərimanov rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib.
Nərimanov rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024