Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-05-2017, 15:04)
“Azneft”in özülündə qaz sızması olub

 

 

Ötən gün axşam saatlarında “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə bağlı informasiya yayılıb.

Mediatv.az-ın APA Ecoonmics-ə istinadən verdiyi məlumata görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.

Ekspert əlavə edib ki, “SOCAR-AQŞ” şirkətinin qazma briqadası və “28 May” NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.

SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.

SOCAR-dan bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: “Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür”.

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024