Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-05-2017, 19:24)
Bakıda küçə musiqiçiləri ilə polislər arasında narazılıq

Bakıda küçə musiqiçiləri ilə polislər arasında narazılıq

 

Bakıdakı küçə musiqiçiləri polisdən, asayiş işçiləri də onlardan narazıdır. 

Mediatv.az-ın məlumatına görə, Modern.az-ın əməkdaşı küçələrdə çalıb-oxuyan gənc gitaraçılarla həmsöhbət olub.

Küçə musiqisinin ifaçıları müsahibə verməkdən ehtiyatlanıblar və onların çalıb-oxuduqları yerlərin şəkillərini çəkməməyi xahiş ediblər. Səbəbini isə soruşduqda isə çox böyük bir problemlə qarşılacaqlarını deyiblər: 

“Bizi işləməyə qoymayacaqlar. Bizi harada gördülər qoymurdular işimizlə məşğul olaq. Hansı əsrdə yaşayırıq ki, polis işçiləri küçədə ifa etməyə qoymur?”.

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayevlə məsələyə belə münasibət bildirdi:

“Hərəkətin təmin olunması məqsədilə şəhərin bir çox istiqamətlərində yeraltı keçidlər tikilib. Bayıl qəsəbəsindən başlamış “Abşeron” otelin qarşısına qədər olan yerlərdə küçə musiqiçiləri ifa etmirlər. Amma onlar gəlib “Sahil” metrostansiyası və Səməd Vurğun küçəsi tərəfdə olan keçiddə, beş addımlıq yolda çalıb-oxuyurlar. Orada da hərəkətin intensivliyi çoxdur, onlar gəlib orada yolun ortasında yekə bir gitara qutusunun qapağını açıb, gur səslə musiqi ifa edirlər. Bunu da pul qazanmaq məqsədilə edirlər. Onlar əhalinin az olduğu yerlərdə bunu etsələr, polis də heç nə etməz”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində küçə ticarəti və digər xidmətlərin göstərilməsinə görə, 80 manat məbləğinə qədər cərimə nəzərdə tutulur. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024