Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-04-2017, 13:57)
Ucarda üç uşaq atası aliment ödəməkdən boyun qaçırır

Ucarda üç uşaq atası aliment ödəməkdən boyun qaçırır

 

Üç uşaq atası yoldaşından ayrıldıqdan sonra uşaqlara düşən alimenti ödəmir.

Mediatv.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Ucar rayon sakini Vəfa Qasımova 2000-ci ildə əmisi oğlu Elxan Qasımovla ailə həyatı qurub. Onların 3 övladı dünyaya gəlib.

Ancaq sonradan yaranan problemlərə görə boşanıblar. Ucar rayon Məhkəməsi isə uşağın hər birinə 70 manat aliment kəsib. Ancaq uşaqların atası qərara 3 ay əməl etsə də, sonradan alimenti ödəməkdən imtina edib.

Bundan sonra Ucar rayon məhkəməsi uşaqlara düşən alimentin ləğv edilməsi ilə bağlı qərar çıxarıb.

Vəfa Qasımova bununla bağlı aidiyyəti qurumlara müraciət edib, amma problem həll olunmayıb. Hazırda 3 uşaqla qardaşının evinə sığınan qadın çətinlik çəkdiyini bildirir.

Elxan Qasımov isə uşaqların ona verilmədiyini və buna görə də səhhətində problem yarandığı üçün ruhi əsəb dispanserində müalicə aldığını bildirir. Buna görə də məhkəmə alimentin ödənməməsi ilə bağlı qərar çıxarıb..

Hüquqşunas Xəyal Bəşirov isə məhkəmənin hər bir uşağa 70 manat aliment təyin etməsini doğru saymır. Çünki ölkədə minumum ehtiyac meyarı 136,6 manatdır. Bundan başqa Ailə Məcəlləsinə görə yalnız müəyyən edilmiş hallarda aliment öhdəliklərinə xitam verilə bilər.

Belə halda uşaqların anası məhkəməyə yenidən müraciət edərək hüquqlarını bərpa edə bilər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024