Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-04-2017, 15:41)
Deputat onu söyənlərə cavab verdi: Əgər kişidirlərsə, üzümə desinlər

Deputat onu söyənlərə cavab verdi: Əgər kişidirlərsə, üzümə desinlər

 

“Mənim fikirlərim kontekstdən çıxarılıb. “Fecbook”a daxil olan hamını avara adlandıra bilmərəm. Demişəm ki, onu-bunu tənqid edənlər, boş-boş vaxt keçirənlər avaradırlar”.

Mediatv.az-ın məlumatına görə, bunu AzVision.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib. 

“Qeyd edim ki, mənim fikirlərim kontekstdən çıxarılıb. Mənə sual verdilər ki, sizi tənqid edirlər. Mən də dedim ki, bu, tənqid deyil, söyüşdür. Onu yazanlar, səhərdən axşama qədər vaxtını orada keçirənlərin hamısı avaradır. Yəni, ümumilikdə, hamını avara adlandırmamışam. Mənim oğlum, həyat yoldaşım da “Facebook”a girir. Ona görə mən deyə bilmərəm ki, orada olanların hamısı avaradır. Amma vaxtını “Facebook”da keçirənlər, 24 saat orada olanlar avaradır. Bununla bağlı Milli Məclisin İntizam Komitəsinin məni cəzalandırmasına gəlincə, elə bir şey ola bilməz. Ümumiyyətlə, fikrinə görə insanı necə cəzalandıra bilərlər?”, - deyə A.Əlizadə vurğulayıb. 

Deputat sosial şəbəkələrdə onu söyənlərə sərt cavab verib: 

“Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər, həmin sözləri üzümə desinlər. Əgər kişidirlərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, “Facebook”a girib məni söyürlər”.

A.Əlizadə qeyd edib ki, ona söyüş söyənləri məhkəməyə vermək fikrində deyil: 

“Mən heç kimdən şikayət edən deyiləm. Sözümü kişi kimi deyirəm. Qoy, onlar da yazsınlar ki, Arazı belə-belə söymüşəm. Ünvanım da filandır. 

Onlar kimdir axı? Mən sözümü ağıllı insanlara deyirəm. Səfeh insanlar sözümü dərk etməsələr daha yaxşıdır. İndi onlar söyüş söyürlər? Söysünlər. Belə bir məsəl var ki, səfeh insanın söyüşünün özü tərifdir”.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024